Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müğənni və aktyor arasında qalmaqal: "Üzümə tüpürdü..."

Müğənni və aktyor arasında qalmaqal: "Üzümə tüpürdü..."

Date: 18 October 2016 15:22

Keçən həftə aktyor Rassel Krounun Beverli-Hillzdəki bir oteldə təşkil etdiyi partidə müğənni Azalia Benks ev yiyəsinin ona fiziki təzyiq göstərdiyi və təhqir etdiyini deyib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, sosial şəbəkədə: "Rassel Krou boğazımı tutub sıxdı, məni çölə atıb üzümə tüpürdü. Otaqdakı adamlar da mane olmadılar. Özümü pis hiss edirəm", - yazıb.

Partidəki digər dəvətlilər isə Benksin kobud davrandığını deyiblər. Bundan sonra müğənni mesajını silib.

Milli.Az


Tags:  Müğənni aktyor arasında qalmaqal Üzümə tüpürdü

RƏYLƏR


Top news