Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Mosul əməliyyatı təxirə salındı

Mosul əməliyyatı təxirə salındı

Date: 18 October 2016 15:23

Şimali İraq regional kürd rəhbərliyinin peşmərgə gücləri Mosul əməliyyatı çərçivəsində ilkin mərhələ üçün nəzərdə tutulan planı 24 saatdan qısa bir müddətdə tamamlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kürdlərin “Rudaw” kanalı ilkin mərhələdə 200 kvadrat kilometrlik ərazinin peşmərgənin nəzarətinə keçdiyini bildirib.

Əməliyyatın ikinci günündə kürd gücləri hücumu dayandırıb. Peşmərgə güclərindən sonra İraq ordusu və xüsusi təyinatlıları da bugünkü əməliyyatı təxirə salıb.

İraq ordusu əməliyyatın ilk 24 saatında 20 kəndin İŞİD-dən azad edildiyini açıqlayıb.

Ömər Dağlı


Tags:  Mosul əməliyyatı təxirə salındı

RƏYLƏR


Top news