Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Şəki-Zaqatala regionunun ekoloji, iqtisadi və sosial problemləri” adlı layihə çərçivəsində tədbirlər keçirilib

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Şəki-Zaqatala regionunun ekoloji, iqtisadi və sosial problemləri” adlı layihə çərçivəsində tədbirlər keçirilib

Date: 18 October 2016 15:28

“Azərbaycan Gənc Marketoloq – Reklamçılar” ictimai birliyi oktyabr ayında Balakən, Zaqatala və Qax rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Şəki-Zaqatala regionunun ekoloji, iqtisadi və sosial problemləri” adlı layihə çərçivəsində tədbirlər keçirmişdir.

Tədbirlərdə layihənin rəhbəri Hafiz Əzəmmədov layihənin necə yaranması, məzmunu, əhəmiyyəti, əhatə dairəsi haqqında təlim iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, bu gün ətraf mühitin mühafizəsi məsələsində dünya ölkələrini beynəlxalq əməkdaşlığı genişləndirməyə məcbur edən ekoloji problemlərlə yanaşı, hər bir xalqın özünün qarşılaşdığı və daha çox özünün həll etməli olduğu problemlər də kifayət qədərdir. Dünyanın bir çox ölkələrində əhali sayının sürətli artımı, sənayeləşmə və urbanizasiya təbii mühitin başlıca qida elementləri olan hava, su və torpağın çirkləndirilməsi kimi qiymətləndirilən bir sıra mənfi halları doğurmuşdur. Bundan başqa insanlar təbii resurslardan istifadə zamanı ekoloji cəhətdən təmiz texnologiyalardan yararlanmadıqları üçün təbii sərvətlərdən istifadə məsələsində də yenə problemlərlə qarşı-qarşıya qalmışlar. Sənaye müəssisələrinin, yaşayış yerlərinin məhsuldar torpaq sahələrində salınması, kənd təsərrüfatı işlərində gübrə və dərmanlardan ifrat dərəcədə istifadə olunması hər bir xalqın təbii sərvəti olan əkinə yararlı sahələrin yararsız hala düşməsinə gətirib çıxarır.

Müasir dövrdə iqtisadiyyatın sürətlə inkişafı çox mürəkkəb ekoloji problemlər yaradır. Odur ki, ətraf mühitdə tarazlığın pozulmasını doğuran səbəbləri aşkar edib onların aradan qaldırılması günün ən aktual məsələlərindəndir.

Tədbirlərdə Balakən, Zaqatala və Qax rayonundan olan fəal gənclər iştirak etmişlər. Layihənin məqsəd və perspektivləri, vəzifələri haqqında iştirakçılara geniş məlumat verilmişdir.

Tədbirlərdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş kitab və dəftərxana ləvazimatları paylanmışdır. Tədbirlərin sonunda iştirkaçılarla xatirə şəkli çəkilmişdir.









Tags:  Azerbaycan Respublikasi Prezidenti yaninda Gencler Fondu

RƏYLƏR


Top news