Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dayısı qızının arxasına düşəni bıçaqlayana - 3 İL HƏBS

Dayısı qızının arxasına düşəni bıçaqlayana - 3 İL HƏBS

Date: 18 October 2016 15:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Kamran Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə  K.Baxışov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxs bıçaqladığı Mikayıl Musayevlə həmkəndli olduğunu deyib: "Kənddən tanıyırdım. Bir gün kənddə gəzirdim. Dayımqızı keçdi. Arxasınca da Mikayıl keçdi. Baxdım ki, dayımzqının arxasınca düşüb. Mikayılı çağırıb iradımı bildirdim. Və birdə bu cür hərəkət etməməməsi dedim. O buna məhəl qoymadı. Mübahisəmiz qızışdı. Söyüş söyüldü. Bıçaqla budundan vurdum".

Qeyd edək ki, bu il Qubanın Rustov kəndində bıçaqlanma hadisəsi baş verib. 2 həmkəndli arasında yaranan şəxsi münaqişə zəminində baş verən mübahisə 1 nəfərin xəsarət alması ilə nəticələnib. Quba Polis Şöbəsinin (PŞ) müstəntiqi Sərxan Ramazanovun verdiyi məlumata görə, 26 yaşlı kənd sakini Mikayıl Musayev həmkəndlisi 21 yaşlı Kamran Baxışov tərəfindən bıçaq xəsarəti alıb. Bud nahiyəsindən xəsarət alan Mikayil Musayev Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb. Bıçaqlanan şəxsin qardaşı Pərviz Musayev hadisəni törədən Kamran Baxışova layiqli cəza verilməsini tələb edir. Faktla bağlı Quba PŞ-də araşdırmalar başlanılıb.


Tags:  Dayısı qızının arxasına düşəni bıçaqlayana İL HƏBS


RƏYLƏR


Top news