FİFA-dan Rusiyaya qadağa

FİFA-dan Rusiyaya qadağa
15:33 18 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında istifadə olunacaq stadionlarla bağlı qadağa qoyub.

Publika.az xəbər verir ki, mundialdan iki ay öncəyə qədər oyunların keçiriləcəyi arenalarda konsert keçirilməyəcək. Buna səbəb konsert zamanı ot örtüyünün zərər görməsi və öz keyfiyyətini itirməsidir.

Qeyd edək ki, Rusiyanın 11 şəhərində keçiriləcək DÇ-2018 iyunun 14-də start götürəcək və iyulun 15-də başa çatacaq. Açılış oyunu paytaxt Moskvadakı "Lujniki" stadionunda olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR