Xalq artistinin 70 illik yubileyinə həsr olunan tamaşa təqdim olunacaq

Xalq artistinin 70 illik yubileyinə həsr olunan tamaşa təqdim olunacaq
16:07 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Akademik Opera və Balet Teatrında teatrın solisti, xalq artisti Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunan tamaşa - Müslüm Maqomayevin "Şah İsmayıl" operası nümayiş etdiriləcək. 
Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xalq artisti bu tamaşada əsas partiyalardan birini - Aslan şah rolunu ifa edəcək.
Qeyd edək ki, uzun illər Opera və Balet Teatrının aparıcı solisti olan Ş.Quliyev teatrın səhnəsində həm milli, həm də klassik tamaşalarda unudulmaz rollar yaradıb. "Koroğlu"da Həsən xan, Eldar, "Leyli və Məcnun"da Nofəl, "Arşın mal alan"da Süleyman, "O olmasın, bu olsun"da Qoçu Əsgər, "Natəvan"da Qasım bəy Zakir, "Aida"da Amonasro, "Karmen"də Eskamilio və digər rolları ifa edib.
Noyabrın 2-də baş tutacaq tamaşada "Şah İsmayıl" rolunu əməkdar artist Təyyar Bayramov, "Gülzar" rolunu əməkdar artist Fəridə Məmmədova, "Ərəbzəngi" partiyasını isə Afaq Ağayeva ifa edəcəklər.
Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/xalq-artistinin-70-illik-yubileyine-hesr-olunan-tamasa-teqdim-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR