Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda evləri su basdı: 77 nəfər təxliyə edildi - FOTO

Bakıda evləri su basdı: 77 nəfər təxliyə edildi - FOTO

Date: 18 October 2016 16:12

Fövqəladə Hallar Nazirliyi Bakıda yağışların törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

Milli.Az bildirir ki, Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
 
Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

Milli.Az
















Tags:  Bakıda evləri su basdı 77 nəfər təxliyə edildi FOTO

RƏYLƏR


Top news