Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ekologiyaya ziyan vuranlara qarşı tədbirlər - 131 akt, 23 "məcburi göstəriş"

Ekologiyaya ziyan vuranlara qarşı tədbirlər - 131 akt, 23 "məcburi göstəriş"

Date: 18 October 2016 16:12

Oktyabrın 1-15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Milli.Az bildirir ki, Departamentdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 131 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 23 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 43 iş üzrə 55800 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 16353.37 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 163 iş üzrə 40611.41 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına isə 33, məhkəmələrə isə 4 iş göndərilib.

Milli.Az


Tags:  Ekologiyaya ziyan vuranlara qarşı tədbirlər 131 akt 23 məcburi göstəriş

RƏYLƏR


Top news