Əxlaq Nazirliyi yaradılır

Əxlaq Nazirliyi yaradılır
16:13 18 Oktyabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanda Əxlaq Nazirliyi yarana bilər.

Publika.az xəbər verir ki, bu təkliflə Qazaxıstanın “365.kz” saytı çıxış edib.

Sayt yazır ki, son zamanlar sosial şəbəkələrdə qazax qızlarının çılpaq şəkilləri intensiv şəkildə yayılır:

“Əvvəllər belə hadisələr nadir hallarda olardı. Bu gün isə gündəlik həyatın bir parçası olub. Qazax qızları yarıçılpaq fotolarını həvəslə hər kəslə paylaşır. Allah eləməsin, gələcəkdə bütün qazaxların belə olması dəhşətlidir. Nəsə etmək lazımdır. Bu məsələ diqqətdən kənarda qalmamalıdır. Çünki bu ona gətirib çıxarır ki, bizim qızlar başqa millətlərin oğlanları ilə tanış olmağı arzulamağa başlayırlar”, - deyə sayt yazır.

Sayt Səudiyyə Ərəbistanında mövcud olan dini polisin model ola biləcəyi fikrini irəli sürür: “Bu polislər ictimai asayişi qoruyur, dini qaydalara riayət etməyənləri cəzalandırır. Əməl etməyənlər şallaqlanır. Bizdə də belə orqanın yaradılması mümkündür. Əks təqdirdə, hər şey uçuruma yuvarlanacaq. Yoldan çıxarılmış qızlar cəmiyyəti korlayacaqlar və bu, eyş-işrətin artmasına səbəb ola bilər. Hesab edirik ki, qazaxların mənəvi həyatına nəzarət edən Əxlaq Nazirliyi yaradılmalıdır. Bizdə o qədər nazirlik var ki, onların nə ilə məşğul olduğu məlum deyil. Amma belə bir nazirliyin olması faydalı ola bilər”.

Nəriman





Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR