Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yağış “Qarabağ”ın planlarını pozacaqmı?

Yağış “Qarabağ”ın planlarını pozacaqmı?

Date: 18 October 2016 16:17

Son günlər  hava şəraitini qeyri-sabit keçməsi və yağan güclü yağış “Qarabağ”ın planların təsir etməyəcək. Bu barədə Fanat.Az saytına Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimov məlumat verib.


“Qarabağ” oktybarın 20-də Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Yunanıstan PAOK-unu qəbul edəcək.  Əməkdaşımız oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun hazırkı durumu ilə maraqlanıb.  Klub rəsmisi qazonun yaxşı vəziyyətdə olduğunu bildirib: “Paytaxtımıza güclü yağışlar yağsa da, arenanın ot örtüyü normal vəziyyətdədir. Çünki drenaj sistemi yaxşı işləyir. Ona görə də, istər oyunöncəsi məşqlərin, istərsə də oyunun keçirilməsi üçün hansısa problemin yaranacağını düşünmürəm ”.


Qeyd edək ki, “Qarabağ” – PAOK matçı saat 21:00-da başlayacaq.


Fanat.Az 



Tags:  Yağış Qarabağın planlarını pozacaqmı

RƏYLƏR


Top news