Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Sən gözəlsənsə, həyat gözəldir” - “İDEAL”dan böyük təqdimat!

“Sən gözəlsənsə, həyat gözəldir” - “İDEAL”dan böyük təqdimat!

Date: 18 October 2016 16:21

Azərbaycanın ən böyük parfüm və kosmetika mağazaları şəbəkəsi olan “İDEAL” bu gün yeni imic reklamını təqdim edib.
 
“İDEAL”ın yeni imic reklam çarxı belə adlanır: “Sən gözəlsənsə, həyat gözəldir”.

Reklam çarxının çəkilişi üçün Türkiyənin ən böyük media agentliklərindən biri ilə razılaşan “İDEAL”ın çarxla əlaqədar iddiası da adı kimi böyükdür.

“Sən gözəlsənsə, həyat gözəldir” deyərək gözəlliyin xoşbəxtlik üçün vacib olduğunu vurğulayan reklam çarxında tərzi bir-birindən fərqli 3 model çəkilərək, 3 fərqli obrazı canlandırıb.

Onları tərzlərini tamamladıqları və gözəlləşdikləri yerin eyni məkan olması birləşdirir. Bura isə "İDEAL" mağazalarıdır.

Nə qədər fərqli olursansa ol, bütün qadınların gözəlləşdikləri bir mağazalar şəbəkəsi olmasını təkrar vurğulayan reklam çarxı Türkiyənin öndə gedən şirkətlərindən olan "Anima İstanbul" tərəfindən istehsal edilib. Rejissor Aytuğ Üngürün çəkdiyi çarxın musiqisini Brilliant Dadaşova ifa edib.
 
Sifariş: "İDEAL"
Agentlik: "Havas İstanbul"
Istehsal: "Anima Istanbul"
Rejissor: "Aytuğ Üngür"


Tags:  Sən gözəlsənsə həyat gözəldir İDEALdan böyük təqdimat

RƏYLƏR


Top news