Türkiyənin İraqın şimalındakı Başika hərbi bazası iraqlı könüllülər tərəfindən nəzarətə götürülüb.
Milli.Az lent.az-a istinadən bildirir ki, İraq Könüllü Xalq Qüvvələrinin sözcüsü Yusif əl Kelabi İranın "Tesnim" xəbər agentliyinə açıqlamasında bildirib ki, Başika bazası onların nəzarətindədir və "Türkiyə hərbçiləri hərəkətə keçsələr, dərhal vurulacaqlar".
Y.Kelabi bildirilib ki, Mosulda əməliyyatlar başlar-başlamaz İŞİD sürətlə geri çəkilməyə başlayıb. Buna səbəb isə onların güclərinin kifayət qədər olmamasıdır. Suriyanın Raqqa bölgəsində də çox müqavimət göstərə bilməyəcək terrorçular tezliklə tamamilə məhv ediləcək.
Milli.Az