Ən gözəl qadın siyasətçilər - FOTOLAR

Ən gözəl qadın siyasətçilər - FOTOLAR
16:38 18 Oktyabr 2016
131 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müasir həyatda artıq qadın siyasətçi bir o qədər də təəccüb doğurmur. Kişilərlə bərabər onlar da seçkilərdə aktiv iştirak edir, parlamentə deputat seçilir, məmur kürsüsündə oturur və hətta hakimiyyəti belə idarə etməyi öz boyunlarına götürürlər. Yüksək vəzifəyə baxmayaraq, qadın siyasətçilər özlərinə qulluq etməyi də unutmurlar.

Publika.az sizə ən gözəl qadın siyasətçiləri təqdim edir.

Yunis Olsen

Sinqapur parlamentinin sabiq deputatı. Buna qədər isə o, aktrisa, model, musiqiçi və biznes-ledi olub.

Yeva Kayli

Yunan siyasətçi. “Ümumyunan sosial hərəkatı” partiyasının nümayəndəsi. Hal-hazırda isə Avropa parlamentinin üzvüdür. Siyasətə gəlməmişdən əvvəl televiziyada xəbər aparıcısı olub.

Hina Rabbani Kar

Pakistan siyasətçisi. Pakistan milli partiyasının nümayəndəsi. Həmçinin Pakistanın 26-ci Xarici işlər naziri olub. Məşhurluğu isə Hina Rabbani zövqlü geyiminə görə qazanıb. Hina 3 il dövlət prezident aparatında iqtisadi məsələlər üzrə müşavir olub və 2 il iqtisadiyyat naziri vəzifəsində çalışıb. 2008-2011-ci illərdə iqtisadi xəbərlərdə onun adı tez-tez hallanırdı.

Alina Kabayeva

Rus siyasətçi. “Vahid Rusiya” partiyasının nümayəndəsi. Köhnə idmançı, bədii gimnastika üzrə olimpiya çempionu.

Lusiana Leon

Lusiana Leon Midaqros Romero - perulu siyasətçi. Məşhur Peru siyasətçisi Romulo Leonun qızıdır. Perunun ən zövqlü siyasətçisi sayılır.

Marianna Time

Niderland siyasətçisi. Heyvanların Müdafiəsi Partiyasının üzvü. 2006-cı ildən holland parlamentinin üzvüdür və indiyə qədər öz gözəlliyini qoruyub saxlayıb.

Toresa Ferris

İrland siyasətçi, “Şinn Feyn” partiyasının üzvü. İrlandiyanın ən gözəl xanım siyasətçisidir.

Keyt Ellis

Avstraliya siyasətçisi. 2004-cü ildən Avstraliyanın leyboristlər partiyasının nümayəndəsidir. Avstraliya siyasətinin dəb ikonasıdır.

Kaetana Alvares

Ispan siyasətçi. İspaniyanın milli partiyasının üzvü. İxtisasca jurnalistdir.

Vera Lişka

Avstriya siyasətçisi. Avstriya sosial-demokratik partiyasının nümayəndəsi. Siyasi karyerasından əvvəl olimpiya üzgüçülük komandasının üzvü olub.

Qabriela Kuevas Barron

Meksika siyasətçisi və milli partiyanın üzvü. Daha əvvəl Meksika konqresinin aşağı palatasının federal deputatı olub.

Orli Levi-Abukasis

İsrail siyasətçisi. “Bizim ev İsraildi” milli-patriot partiyasının üzvü. İsrail tarixində ən gözəl qadın siyasətçisi sayılır.

Sabin Uitslaq

Holland siyasətçi. “Xristian-demokratik çağırış” siyası partiyasının üzvü.

Bibiana Aido

İspan siyasətçisi. İspan sosial işçi partiyasının üzvü. Həmçinin daha əvvəl hüquq bərabərlik naziri olub.

Setrida Qiqa

Livan siyasətçisi. “Livan gücü” partiyasının üzvü. Livanın ən gözəl və uğurlu siyasətçilərindən sayılır.

Nikita Klestrup

Danimarkada “Gənc mühafizəkarlar” siyasi təşkilatının yerli şöbəsinin rəhbəridir.

Mələk


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR