Azərbaycan Simfonik Orkestri Moskvada premyera ilə çıxış edəcək

Azərbaycan Simfonik Orkestri Moskvada premyera ilə çıxış edəcək
16:42 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Noyabrın 2-8-də Moskvada P.İ.Çaykovski adına konsert zalında və Kamera filarmoniya zalında "Başqa məkan" adlı növbəti festival keçiriləcək.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, festivalda Rusiya Dövlət Akademik Simfonik Orkestri və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Məlumata görə, Azərbaycan klassik musiqi ifaçıları tamaşaçılara iki Rusiya premyerasını - Berio simfoniyasını və Ştokhauzenin "Qruplar" əsərini təqdim edəcəklər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azerbaycan-simfonik-orkestri-moskvada-premyera-ile-cixis-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR