Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sosial şəbəkədə mübahisə etdiyi gənci döyən şəxsin məhkəməsi keçirilib

Sosial şəbəkədə mübahisə etdiyi gənci döyən şəxsin məhkəməsi keçirilib

Date: 18 October 2016 16:52

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Qorxmaz Sadıqovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə şahid Orxan Kərimli ifadə verib.
O, təqsirləndirilən şəxslə eyni məhəllədə qaldığını bildirib. Onun sözlərinə görə, zərərçəkmiş Elnur Məmmədovla oyun üstündə mübahisə edib: "Elnur mənə söyüş söydü. Görüş təyin etdik. Mən də həmin görüşə Qorxmaz Sadqovu və Əşrəf Hacıyevi çağırdım. Mübahisə nəticəsində dava baş verdi".
Q.Sadıqov isə dostunun düzgün ifadə vermədiyini deyib.
Məhkəmənin növbəti prosesi oktyabrın 24-ə təyin olunub.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Sadıqov Qorxmaz Şahin oğlu Elnur Məmmədovu döyməkdə təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərbə vurma) madəsi ilə ittiham olunur.

Tags:  Sosial şəbəkədə mübahisə etdiyi gənci döyən şəxsin məhkəməsi keçirilib

RƏYLƏR


Top news