Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrana casusluqda ittiham olunan və ömürlük həbs cəzası alan azərbaycanlı Ali Məhkəməyə müraciət edib

İrana casusluqda ittiham olunan və ömürlük həbs cəzası alan azərbaycanlı Ali Məhkəməyə müraciət edib

Date: 18 October 2016 16:52

Bakı. 18 oktyabr. REPORT.AZ/ Dövlətə xəyanətdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Hafiz Vəliyev məhkəmə qərarından kassasiya şikayəti verib.
“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək məhkəmə iclası oktaybrın 20-nə təyin edilib.
İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ittiham aktına əsasən, Bərdə sakini H.Vəliyev 2013-cü il mayın 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərində noutbuk və fləş-kart aşkar olunub. H.Vəliyevə məxsus “KİA Sorento” markalı avtomobildə 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzilində isə fotoaparat, mini videokamera, fləş-kart, qələm formasında səsyazan qurğu tapılıb. 2003-cü ilin oktyabrında H.Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində SEPAH zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib. Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bunun səbəbi o olub ki, SEPAH Riyazi Bəhməni Rusiyaya ezam edib, o isə yeni əməkdaşı H.Vəliyevlə tanış edib. Bir müddət sonra Ə.Qaffari Bakıya gəlib və H.Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb. İstintaqın gedişində H.Vəliyevin verdiyi ifadə əsasında Ağcabədi rayonundan olan Ağamir Ağamirov da həbs edilib. A.Ağamirov həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib.
H.Vəliyev və A.Ağamirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar.
2014-cü ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs ömürlük azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərini təmin etməyib. Daha sonra H.Vəliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Tags:  İrana casusluqda ittiham olunan ömürlük həbs cəzası alan azərbaycanlı Ali Məhkəməyə müraciət edib

RƏYLƏR


Top news