Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

92 yaşlı kişinin 97 arvadı, 185 övladı var - FOTO

92 yaşlı kişinin 97 arvadı, 185 övladı var - FOTO

Date: 18 October 2016 16:57

Nigeriyanın tanınmış simalarından olan 92 yaşlı Məhəmməd Bello Əbubəkrin 97 arvadı, 185 övladı var.

Milli.Az modern.az-a istinadən bildirir ki, Əbubəkr özü haqda çıxan ölüm xəbərinə etiraz edib açıqlama verib. Verdiyi açıqlamada "Çox sağlam və rahat şəkildə yaşayıram" deyib. 92 yaşlı Əbubəkr daha artıq qadınla evlənmək niyyətində olduğunu bildirib. O, bu günə qədər 107 qadınla evləndiyini, onlardan 10-nu ilə boşandığını deyib.
 
Qeyd edək ki, 2008-ci ilə 84 yaşındaykən 86 arvadı ilə xəbərlərə mövzu olan Əbubəkrə arvadlarının sayına görə şəriət məhkəməsi tərəfindən xəbərdarlıq edilib. Şəriət qaydalarına görə, bir kişi, sadəcə, 4 qadınla evlənə bilər.

Milli.Az





Tags:  yaşlı kişinin 97 arvadı 185 övladı var FOTO

RƏYLƏR


Top news