Azərbaycanda yük daşımalarının həcmi azalıb

Azərbaycanda yük daşımalarının həcmi azalıb
16:57 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında 164,4 mln.  ton yük və 1 406,1 mln. sərnişin daşınıb.  Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9% azalıb, sərnişin daşınması isə 1,9% artıb. Yük daşınmasında müşahidə olunan geriləmə dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı ilə daşınmalarda azalmalarla bağlı olub.
Yüklərin 63,8%-i avtomobil, 27,0%-i boru kəməri, 6,7%-i dəmir yolu, 2,4%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,6%-i avtomobil, 11,2%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4% artıb. Bu ilin sentyabr ayında isə avqusta nisbətən yükdaşıma qiymətləri 1,5%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1% və 1,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6%, dəniz nəqliyyatında 1,8%, avtomobil nəqliyyatında 0,6% yüksəlib. Ölkədaxili yükdaşıma qiymətləri isə sabit qalıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycanda-yuk-dasinmalarin-hecmi-azalib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR