Zabratda insanlar çətin vəziyyətdə: "Ayaq yoluna belə gedə bilmirik" - FOTO

Zabratda insanlar çətin vəziyyətdə: "Ayaq yoluna belə gedə bilmirik" - FOTO
16:57 18 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

İki gün davam edən yağış Bakıda ciddi fəsadlar yaradıb.

Yağış suları tək yolları keçilməz etməyib, həm də evlərin içinə kimi yol tapıb. Bu mənada Sabunçu rayonu Zabrat qəsəbəsində vəziyyət daha acınacaqlıdır. Sakinlərin Milli.Az-a göndərdiyi şəkillərdən də aydın olur ki, aramsız yağışlar nəticəsidə küçələrdə nəinki böyük kanal yaranıb, evlərin həyətlərində göllər formalaşıb, hətta mənzillərin döşəmələri də su altında qalıb.

Tədbir görən isə yoxdur, söhbər aidiyyəti dövlət qurumlarından gedir.

Qurbanovlar ailəsi deyir ki, əvvəllər yaşadıqları 2-ci Zabrat, İstixana Kombinatında nasoslar işləyirdi, hansı ki, belə yağışlar olanda onların vasitəsi ilə sular kanalizasiya sisteminə vurulurdu: "Son zamanlar isə nasoslar işlərmir və nəticədə belə mənzərə yaranıb. Heç kim də məşğul olmur, şikayət etmədiymiz yer qalmayıb - "Azərsu", FHN, Sabunçu Rayon İcra Hakimiyyəti, bələdiyyə. Tədbir yoxdur. Evdən çıxıb ayaqyoluna belə gedə bilmirik".

Yağışdan sonrakı Zabratın görüntülərini təqdim edirik:

Ömər
Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR