Deputatdan Mütəllibova qarşı İTTİHAM: “Azərbaycana ermənilər qədər ağır zərbə vurub”

Deputatdan Mütəllibova qarşı İTTİHAM:  “Azərbaycana ermənilər qədər ağır zərbə vurub”
16:58 18 Oktyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəllibovun həyat yoldaşı əməliyyat edildi - keçmiş prezidentdən AÇIQLAMA (24 Aprel 2017 10:54)
Türkiyə Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hücumlarını pisləyir (26 Fevral 2017 22:58)
Türkiyə Ermənistanın cəbhə xəttində Azərbaycana qarşı etdiyi təxribat xarakterli hücumları pisləyib (26 Fevral 2017 22:52)

“Ayaz Mütəllibov Azərbaycana ermənilər qədər ağır zərbələr vurub. Bunu tarix də sübut edəcək”.

Bu fikirləri Publika.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycanın Dövlət Müstəqilliyinin 25 illiyi ilə bağlı danışarkən bildirib.

Deputat deyib ki, Ayaz Mütəllibovun ən böyük səhvi bacarmadığı işin altına girməsi olub:

“Ulu öndər Heydər Əliyevin sayəsində yüksək vəzifələrə qalxan Ayaz Mütəllibov nəinki reallığını itirmişdi, hətta Heydər Əliyevə qarşı da böyük nankorluq nümayiş etdirirdi. O, Heydər Əliyevin Azərbaycana gəlişinə ciddi şəkildə əngəllər törədirdi. Sonrakı illərdə isə Ayaz Mütəllibov bir neçə dəfə ulu öndər Heydər Əliyevin həyatına sui-qəsd təşkil etdirməkdən belə çəkinmədi. İndi də Ayaz Mütəllibov gəlib Bakıda rahat şəkildə oturub, hələ utanmadan Azərbaycanın dövlət müstəqilliyinin bəhrələrindən istifadə edir. Bu gün Ayaz Mütəllibov Azərbaycanda keçmiş prezident kimi dövlət tərəfindən yüksək şəraitlə təmin olunub. Halbuki, Ayaz Mütəllibov buna zərrə qədər layiq deyil. Vaxtilə bu məsələ gündəmə gələn zaman da mən Milli Məclisdə sonadək bunun əleyhinə çıxış etmişəm. O, buna layiq adam deyil, Ayaz Mütəllibovun buna mənəvi haqqı çatmır. O, Azərbaycana ermənilər qədər ağır zərbələr vurub”.

F.Ağamalı Prezident İlham Əliyevin ötən gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbuldakı çıxışına da toxunub:

“Ölkə Prezidenti İlham Əliyev ötən gün çıxışı zamanı da çox doğru vurğulayıb. Yəni, Azərbaycan xalqı zamanında nə qədər çətin olsa belə ən müxtəlif yollarla ulu öndər Heydər Əliyevi Azərbaycana gətirib, hakimiyyəti ona versəydi, o zaman ölkəmiz daha tez müstəqillik qazanardı. Ən başlıcası isə indi işğal altında olan torpaqları itirməzdik. Tam məsuliyyətlə deyirəm ki, əgər Heydər Əliyev 1990-cu ilin 20 yanvar faciəsindən dərhal sonra Azərbaycanda hakimiyyətə gəlsəydi, o zaman bizim bir qarış torpağımız belə işğal olunmazdı. Necə oldu ki, həmin dövrdə Ermənistan bütün gücü ilə Naxçıvana hücum etsə də, ancaq bir qarış torpağı işğal edə bilmədi? Çünki həmin vaxtı Heydər Əliyev Naxçıvanda idi və torpaqların qorunması üçün fədakarlıq göstərirdi”.

Deputat qeyd edib ki, həmin vaxtı AXCP-Müsavat hakimiyyəti Heydər Əliyevə Bakıya gəlməyə imkan vermirdi:

“Mən həmin vaxtı Naxçıvanda olan zaman “Əlincə” qəzetinə müsahibəmdə də demişdim ki, Heydər Əliyevin Naxçıvan Ali Məclisinə sədr seçilməsi, Ermənistanın Naxçıvanı işğal etmək planlarını puç edəcək və ermənilər bir qarış torpaq ala bilməyəcək. Təbii ki, həmin dövrdə Heydər Əliyev fenomeni, iradəsi, zəkası və təcrübəsi Naxçıvanın Ermənistanın hərbi təcavüzündən azad etdi. Halbuki, Heydər Əliyev gələnə qədər ermənilər Sədərəkədək tutmuşdular. Biz bu situasiyanı bütövlükdə Azərbaycanda da yarada bilərdik. Bunun üçün xalq ayağa qalxmışdı və Heydər Əliyevi tələb edirdi. Heydər Əliyevi tələb edən çoxsaylı insanlar içərisində mən də var idim. Azərbaycan Xalq Hərəkatının böyük qanadı Heydər Əliyevin yanında idi. Çox təəssüf ki, Ayaz Mütəllibov, daha sonra isə AXCP-Müsavat hakimiyyəti Heydər Əliyev fenomenindən qorxub çəkinərək, onun siyasi arenaya gəlməsinə mane olmağa çalışırdı və müəyyən vaxtadək mane oldular. Ona görə də Azərbaycanda xoşagəlməz hadisələr baş verdi. Bütün bunlar tarixdir və tarixi olduğu kimi yazmaq lazımdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ayaz Mütəllibov, AXCP və Müsavat hakimiyyətlərinin Azərbaycana rəhbərlik etməsi Prezidentin dediyi kimi, həqiqətən bu gün tarixin zibilliyindədir. Onlar tarixin yaddaşına düşə bilməyib. Bu faktları gələcək nəsil bilməlidir. Tariximiz olduğu kimi yazılmalıdır ki, gələcək nəsillər bundan müsbət nəticə çıxarda bilsin və bu cür tiplərin Azərbaycanda hakimiyyətə gəlməsinə bir daha imkan verilməsin”.

F.Ağamalı həmçinin vurğulayıb ki, 18 oktyabr Dövlət Müstəqillik Günü Azərbaycan tarixinin ən şərəfli və qızıl hərflərlə yazılmış səhifələrindən biridir:

“Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində keçmiş SSRİ məkanında baş verən qarşıdurmalar və Azərbaycanda gedən siyasi proseslər müstəqil dövlətin yaranması üçün ilkin və əsaslı şərait yaradırdı.

Ötən gün Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunan mərasimdə çıxışı zamanı “Azərbaycan xalqı dövlət müstəqilliyinə daha tez nail ola bilərdi” söyləməsi tam haqlı fikirlərdir. O zaman Azərbaycanın Dövlət Müstəqilliyi Aktı daha tez qəbul edilə bilərdi. Ancaq bu mümkün olmadı. Azərbaycan keçmiş 15 SSRİ respublikaları arasından sondan üçüncü yerdə dayanırdı. Halbuki, həmin illərdə Azərbaycan SSRİ-nin dağılmasında çox ciddi faktor idi. O dövrdə Azərbaycanda gedən siyasi proseslər, xüsusilə də xalq hərəkatı və 1990-cu ilin 20 yanvar hadisəsindən sonra bu hərəkatın Milli Azadlıq Hərəkatına keçidi SSRİ-nin çökməsində mühüm rol oynayıb və digər SSRİ üzvü olan respublikalarda da xalq hərəkatının yaranmasına təkan verib. Çox təəssüf ki, həmin dövrdə Kremldən asılı olan, Azərbaycan xalqı ilə bir yerdə olmayan və uzaqgörənlik nümayiş etdirməyən Ayaz Mütəllibov və onun komandası xalqımızın iradəsini ifadə edə və SSRİ məkanında gedən proseslərin nəticəsini qiymətləndirə bilmirdi. Bunun nəticəsində isə bu gün Rusiyanın forpostu olan Ermənistan belə Azərbaycandan öncə müstəqilliyini elan edib. Ona görə Ayaz Mütəllibovun Azərbaycana xalqına vurmuş olduğu zərbələri bu gün bağışlamaq olmur. O, hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqına qarşı çox aşağılayıcı hərəkətlərə yol vermişdi”.

Vasif Həsənli

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kim gəlir, kim gedir?

26 İyun 2017 16:57

Aktyor Vladimir Etuş reanimasiyaya yerləşdirilib

26 İyun 2017 16:50

Gülçülük sovxozunda top mərmisi tapıldı - FOTO

26 İyun 2017 16:44

Bakıda top mərmisi tapılıb

26 İyun 2017 16:44

İnternetdə məşhurlaşmaq üçün elə bir yola əl atdılar ki... - FOTO

26 İyun 2017 16:43

49 yaşlı xalq artisti makiyajsız ŞƏKLİNİ paylaşdı

26 İyun 2017 16:38

Türkiyəli deputat Ramazan bayramı günü AŞPA-nın iclasının keçirilməsinə etiraz edib

26 İyun 2017 16:37

"Barselona"nın B komandası çempion oldu

26 İyun 2017 16:37

Bakıya uçan təyyarələrdə sərnişinlərə erməni yeməyi verirlər - VİDEO - FOTO

26 İyun 2017 16:32

Bakıda kafedə yanğın olub

26 İyun 2017 16:32

"Sevgi insanı yerdən-yerə vurur" - Tünzalə - VİDEO

26 İyun 2017 16:22

Kobraların inanılmaz rəqsi - VİDEO

26 İyun 2017 16:18

Xaçmazda ikimərtəbəli ev yanıb

26 İyun 2017 16:17

Bakıda top mərmisi tapılıb

26 İyun 2017 16:15

Məşhur müğənniyə ərindən QEYRİ-ADİ JEST - FOTO/VİDEO

26 İyun 2017 16:08

Tarkan və xanımı Bakı aeroportubda - "Uşaq istəyirik, amma..." - FOTO

26 İyun 2017 16:05

Cəlilabadda maşıb aşıb: sürücü ölüb

26 İyun 2017 16:04

Rusiya və ABŞ prezidentləri Almaniyada görüşə bilər

26 İyun 2017 16:02

Xaçmazda ikimərtəbəli ev yanıb

26 İyun 2017 16:01

Feysbuk serial çəkir

26 İyun 2017 15:58

İran Azərbaycanda özəl tibbi mərkəzi yaradır

26 İyun 2017 15:57

Polis gənc qızın başını divara çırpdı, qanı...

26 İyun 2017 15:56

Emma dəyişib belə oldu - FOTO

26 İyun 2017 15:54

Bakıda kafe yandı

26 İyun 2017 15:49

Gürcüstanın məşhur teleaparıcısı Tbilisi meri vəzifəsinə namizəd olub

26 İyun 2017 15:47

Ayanın yeni evindən FOTOlar

26 İyun 2017 15:47

Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir

26 İyun 2017 15:44

Həyat yoldaşını yataqda başqası ilə tutdu və...

26 İyun 2017 15:43

“www.esgeremektub.com” məktubları Beyləqanda əsgərlərə çatdırılıb

26 İyun 2017 15:39

Fatimə əməliyyatla 7 kilo arıqladı - FOTOLAR

26 İyun 2017 15:34

İŞİD Trampa HÜCUM ETDİ

26 İyun 2017 15:33

Əsgərin oğlu ilə görüşü bütün ölkəni ağlatdı

26 İyun 2017 15:31

Xristian ölkələrində inanılmaz RAMAZAN COŞQUSU - FOTOLAR

26 İyun 2017 15:23

İran dünyanın ən böyük qaz ehtiyatlarına sahib olduğu açıqlanıb

26 İyun 2017 15:22

Tünzalə və Səbinə dünya ulduzunun konsertində - FOTO

26 İyun 2017 15:17

İsrail elektrik təyyarələrinin istehsalına başlayır

26 İyun 2017 15:15

Polisin qıza qarşı bu hərəkəti HAMINI ŞOKA SALDI - DƏHŞƏTLİ FOTO/VİDEO

26 İyun 2017 15:13

​Pulu düzgün xərcləməyi

26 İyun 2017 15:10

"Şəbnəm" Qızlar İslam Kollecindən

26 İyun 2017 15:07

Türkiyədə əsgərləri daşıyan maşın aşdı: ölən və yaralananlar var

26 İyun 2017 15:05

“www.esgeremektub.com” məktubları әsgәrlәrә çatdırdı

26 İyun 2017 15:04

DƏHŞƏT: 60 yaşlı kişi 9 yaşlı uşağı ZORLADI

26 İyun 2017 14:58

Hərbi orkestrlərin nümunəvi çıxışları olacaq

26 İyun 2017 14:58

Hərbi qulluqçuların Şəkiyə gəzintisi təşkil edilib

26 İyun 2017 14:57

"Sonata" ilə "07" toqquşdu: 17 yaşlı sürücü öldü

26 İyun 2017 14:52

Ağdaşda 17 yaşlı sürücü DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ: 4 nəfər...

26 İyun 2017 14:48

Rusiya bu ölkəyə 10 qırıcı göndərir

26 İyun 2017 14:47

Tovuzda qatar adam vurub

26 İyun 2017 14:44

Pərvin Abıyevanın bu VİDEOSU hər kəsi güldürdü

26 İyun 2017 14:38

"Zirə" - "Differdanj" oyunu canlı yayımda

26 İyun 2017 14:37