SOCAR "Petrol Ofisi"nin alınması üçün tenderdə iştirak edəcək

SOCAR "Petrol Ofisi"nin alınması üçün tenderdə iştirak edəcək
17:04 18 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

SOCAR Avstriyanın OMV şirkətinin törəməsi olan "Petrol Ofisi"nə məxsus olan yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinin alınması üçün elan olunan müvafiq tenderdə iştirak edəcək. "APA-Economics" xəbər verir ki, bunu "Reuters" agentliyinə "SOCAR Türkiye Enerji A.Ş."-nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.

 

V. Əliyev əlavə edib ki, "Petrol Ofisi" yayda SOCAR-a informasiya memorandumunu təklif edib. "Bundan sonra biz tender iştirak haqqında qərar qəbul etdik", - deyə o bildirib.

İdarə Heyətinin sədri detalları açıqlamayıb.

 

SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək.

 

Cari ilin fevral ayında OMV "Petrol Ofisi"nin satışa çıxarıldığı bəyan edib. Şirkətdən bildirilib ki, "Petrol Ofisi" OMV-nin yenilənmiş strategiyasına uyğun deyil.

 

"Petrol Ofisi"nin 1800-ə yaxın YDM-i var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR