Prezident İlham Əliyev: "Terrorçuları "yaxşılara və pislərə" bölmək düzgün deyil"

Prezident İlham Əliyev: "Terrorçuları "yaxşılara və pislərə" bölmək düzgün deyil"
17:05 18 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Terrorçuluğa yalnız bütün dünya ictimaiyyətinin, aparıcı ölkələrin birgə səyləri ilə qalib gəlmək mümkündür.

Milli.Az bildirir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sputnik-ə müsahibəsində deyib. Prezident bildirib ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş münaqişəsinin həllinə yanaşması özünü doğruldur. "Bu gün, təəssüf ki, biz belə birgə səyləri görmürük və belə olan halda Rusiya tərəfinin yanaşması tam özünü doğruldur.

Rusiya bəyan edir ki, terrorçulara, ekstremislərə, radikallara qarşı səyləri birləşdirmək lazımdır", - deyə prezident bildirib. Dövlət başçısından müsahibəni "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov alıb.

Əliyevin fikrincə,  terrorçuları "yaxşılara və pislərə" bölmək düzgün deyil. "Gec-tez bu məsələ bumeranq olacaq - tarix bunu dəfələrlə sübut edib. Lakin hələlik bu istiqamətdə konsensus görmürük, bu isə, əlbəttə ki, çox həyəcanvericidir", - deyə agentliyin həmsöhbəti vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/480781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR