Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Özümü porno filmdə hiss etdim"

"Özümü porno filmdə hiss etdim"

Date: 18 October 2016 17:12

Dünyanın ən bahalı futbolçusu olan Pol Poqbadan polisə şikayət edilib.

Apasport.az saytı "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu addımı Mançesterdə yerləşən "Lowry" otelinin sakinlərindən biri atıb.

Məsələ burasındadı ki, gecəni sevgilisi ilə birlikdə keçirən Poqba adı açıqlanmayan həmin şəxsi yatmağa qoymayıb. Daha dəqiq desək, cütlüyün sevişmə səsini eşidən divar qonşusunun yuxusu ərşə çəkilib.
 
Nəticədə polisə zəng edən həmin insan narazılığını çatdırıb. Asayiş keşikçilərindən adının açıqlanmamağını xahiş edən sakin digər nömrədəki səs-küyə görə yata bilmədiyini deyib. 
 
Britaniya mətbuatına danışan şikayətçi məsələni belə şərh edib: "Təxminən gecə saat 3-dən 4-ə kimi divarın o biri tərəfindən qəribə səslər eşitdim. Açıq şəkildə aydın olurdu ki, bu, sevişmə səsidi. Özümü porno filmdə hiss etdim. Yatmaq mümkün deyildi. Qız bir neçə dəfə Pol adını çəkərək, qışqırırdı. Özü də səsləri çox yüksəkdən gəlirdi. Fikrimcə, təkcə mən yox, digər nömrələrdə qalanlar da onların səsini eşitdilər".
 
Məlum olub ki, bu, "Lowry" otelində baş verən ilk belə hadisə deyil. Ötən ay başqa bir sakin eyni şikayətlə otel rəhbərliyinə müraciət edib.
 
Qeyd edək ki, Poqba "Mançester Yunayted"ə bu yay "Yuventus"dan 105 milyon avro qarşılığında transfer olunub.

Milli.Az


Tags:  Özümü porno filmdə hiss etdim

RƏYLƏR


Top news