"Kapital Bank"ın yenilənmiş Qəbələ filialı istifadəyə verilib

"Kapital Bank"ın yenilənmiş Qəbələ filialı istifadəyə verilib
17:17 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Kapital Bank” ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Qəbələ filialının yenilənmiş ofisini istifadəyə verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yeni konsepsiya əsasında təmir edilən filial Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi,50 (Heydər Əliyev Mərkəzi ilə üzbəüz) ünvanında yerləşir. Artıq Qəbələ şəhəri və ətraf qəsəbələrin sakinləri yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
“Kapital Bank”ın yeni konsepsiya əsasında təmir edilən Qəbələ filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari il ərzində 3 şəhər ("Şuşa", "28 May" və "Binəqədi") və 4 region (Şabran, Lerik, Qax və Qəbələ) filialı yeni konsepsiyaya uyğun əsaslı təmir olunub, yeni "Gənclik Mall" filialı açılıb. Bundan əlavə ilin sonunadək daha 3 şəhər və 4 region filialının yeni konsepsiyaya uyğun əsaslı təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilmiş və bu proses hazırda davam etməkdədir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/kapital-bank-in-yenilenmis-qebele-filiali-istifadeye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR