Sakinlərə əzab verilən şəhərcik

Sakinlərə əzab verilən şəhərcik
17:32 18 Oktyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlərin problemləri bitmək bilmir. Belə ki, bu ərazidə mənzil sahibi olanların sevinci uzun çəkməyib.

Milli.Az avropa.info-a istinadən bildirir ki, sakinlərin üzləşdiyi bir çox problem hər gün yersiz əsəb gərginliyi yaşamalarına səbəb olur. Əraziyə işləyən sərnişin avtobusu çox anormal marşrut üzrə hərəkət edir. Şərq bazarı - Abşeron Gənclər Şəhərciyi marşrutu üzrə hərəkət edən avtobusa günün pik saatlarında yaxın düşmək olmur. İnterval uzunluğu, marşrtun istiqaməti 199 saylı avtobusda gün ərzində basabasa səbəb olur. Qeyd edək ki, sakinlərin problemləri yalnız marşrut ilə məhdudlaşmır. 

Ev almağa tələsməyin!

İndi keçək Abşeron Gənclər Şəhərciyində sakinlərin yaşadığı məşəqqətlərə. Təxminən 10 ildən artıqdır ki, Bakının yaxınlığında, Bakı-Sumqayıt yolunun kənarında "Akkord" yaşayış massivi salıb. Lakin salınan bu şəhərcikdə bir çox elementlər şirkətin, deyəsən, "yadından çıxıb". 90 blokdan ibarət salınan şəhərcikdə istixananın tikilməməsini heç bir məntiqlə izah etmək mümkün deyil. Bu şəhərcikdə cəmi iki binaya qaz verilib. Bu binalarda mənzil alan, 36 kv.m layihəli mənzilə sahib olanlar qaz verilməsinin sevincini yaşaya bilmir. Bu layihəli mənzillərə qaz verilməməsini sakinlərə təhlükəsizlik qaydalarına uyğun olmaması ilə izah edilir. Əgər sayğacları yalnız açıq sahədə quraşdırmaq vacibdirsə, o zaman "Akkord" bu mənzillərin layihəsini hansı qaydada təsdiq elətdirib? Eyvanı olmayan mənzillərin tikintisinə Fövqəladə Hallar Nazirliyinin ekspertiza idarəsi necə rəy verib?

Sakinlər bu suala cavab verə bilmirlər. Qarşıdan qış gəlir. Görünən isə budur ki, mənzilləri bu il də mərkəzi istilik sistemi ilə qızdırmaq mümkün olmayacaq. Cəmi iki binada qaz olduğundan, sakinlər istilik problemini özləri həll ediblər. Yerdə qalan digər binaların sakinləri mənzillərini yalnız elektirk enerjisinin hesabına qızdırmaq varinatını seçiblər. Nəzərə alsaq ki, elektrik qızdırıcları ilə mənzilləri istiliklə təmin etmək hansı qiymətə başa gəlir, o zaman sakinlərin vəziyyətini anlamaq çətin deyil. Onu da qeyd edək ki, Bakıda bir çox tikinti şirkətləri mənzilləri qazla təmin edə bilməyəndə, həmin binalarda mənzil alan vətəndaşlar elektrik enerjisinə görə ödəmədə 50% güzəşt əldə edirlər. Soyuqlu havalarda mənzilləri elektrik enerjisi ilə qızdırmaq sakinlərə əlavə maddi problemlər yaradır.

Bir müddət əvvəl Abşeron Gənclər Şəhərciyinin sakinləri əraziyə qaz verilməməsinə etiraz olaraq, aksiya keçiriblər. Etiraz edən sakinlərə verilən məlumatda qeyd olunub ki, "Akkord"un "Azəriqaz"a 600 min manat borcu olduğundan, bu problemi yaxın müddət ərzində həll etmək mümkün olmayacaq. Sakinlərin dediklərindən bir məsələ də ortaya çıxır.

Qeyd edirlər ki, mənzillərdə su sayğacı quraşdırılmasına baxmayaraq, bəzi mənzil sakinlərindən aylıq su sərfiyyatı üçün adambaşına 5 AZN su pulu yığılır. Təsəvvür edin, bu "məntiq"ə görə, hər vətəndaş ayda 10 ton su "işlədir". Bütün bu sadalanan problemləri ümumiləşdirib suallarımızı "Akkord" şirkətlər qrupuna ünvanlayırıq. Ümid edirik ki, suallarımıza təfsilatı üzrə cavablar veriləcək.

1. Abşeron Gənclər Şəhərciyində mənzillərin pulunu tam şəkildə ödəmiş sakinlər niyə indiyədək mülkiyyət sənədi ala bilmirlər?

2. Bir ərazidə böyük bir şəhərcik salan "Akkord" şirkətlər qrupu nədən mənzilləri istiliklə təmin etmək üçün mərkəzi istilik sistemi quraşdırmayıb? "Azəriqaz"la "Akkord" niyə ötür-ötür oyunu oynayır?

3. Şəhərcikdə iki binaya qaz verən şirkət, niyə 36 kv.m mənzillərə qaz verilməsindən imtina edib? Bu mənzillərə qaz verilməsi təhlükəsizlik qaydalarına ziddirsə, 36 kv.m-lik mənzillər niyə tikilib, bu mənzillərin tikinti layihəsinə hansı qaydada ekspertiza rəyi alınıb? Eyvansız tikilən binalar təhlükəsizlik qaydalarına uyğun gəlmirsə, niyə tikilib? Bu mənzillər müştərilərə hansı prinsiplə satılıb?

4. Su sayğacları olduğu halda, su pulu ödənişi bəzi hallarda niyə sayğac göztəricilərinə uyğun deyil, bir nəfər üçün aylıq ümumi məbləğ olaraq, 5 AZN-dən alınır? Bir nəfərin bir ayda 10 ton su sərf etməsi mümkündürmü?

5. Yerdə qalan binaların qaz təchizatına nə zaman start veriləcək və bu iş hansı müddətə yekunlaşacaq?

6. "Akkord" şirkətlər qrupu sakinləri narahat edən bu problemi bütövlükdə hansı vaxta qədər həll etməyi planlaşdırır?

7. Mənzilləri elektrik enerjisi ilə qızdıran sakinlərə elektrik sərfiyyatı üçün 50% güzəşt edilə bilərmi? Çünki mənzillərin elektrik cihazları ilə qızdırılması sakinlərə çox baha başa gəlir. Bütün bu suallara "Akkord" şirkətlər qrupundan cavab gözləyirik. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Emili və Devid - FOTO

23 İyul 2017 02:32

Yunanıstanda iki güclü zəlzələ

23 İyul 2017 02:18

Ərəb şeyxindən 222 milyon avroluq təklif -

23 İyul 2017 02:15

Cazibədar İzabeli - FOTO

23 İyul 2017 01:32

"Ankaraya aid siyasətə yenidən baxmaq lazımdır" - Merkelin dəftərxanasının rəhbəri

23 İyul 2017 01:27

Robot özünü suya ataraq intihar etdi -

23 İyul 2017 01:09

Yunanıstanda yenə zəlzələ oldu

23 İyul 2017 00:29

BMT-nin Təhlükəsizlik Şurası Qüdsə görə təcili toplantı keçirəcək

23 İyul 2017 00:27

Əfqanıstanda Taliban silahlıları azı 70 nəfəri əsir götürüblər

23 İyul 2017 00:26

24 il Ağdamsız...

23 İyul 2017 00:17

Cəlilabadda qəza törədən maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb

23 İyul 2017 00:12

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08

Bella Venesiya küçələrini dolaşdı - FOTO

23 İyul 2017 00:05

Günün qoroskopu: maraqlı təfərrüatlar öyrənə bilərsiniz

23 İyul 2017 00:05

Ağdamın işğalından 24 il ötür

23 İyul 2017 00:02

Sumqayıtda binada yanğın, 8 sakin təxliyə olundu

22 İyul 2017 23:59

Həyat yoldaşı, qardaşı və anasını qətlə yetirdikdən sonra özünü güllələdi -

22 İyul 2017 23:56

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

22 İyul 2017 23:52

İran yeni raketlərin istehsalına başlayıb

22 İyul 2017 23:52

17 yaşlı tələbə intim münasibətdən imtina edən qadının 1 aylıq körpəsini öldürdü

22 İyul 2017 23:48

Milli üzvü baxdı, komandası qola həsrət qaldı

22 İyul 2017 23:47

Halitoz-ağızdan pis qoxunun gəlməsi

22 İyul 2017 23:47

Yövmüş-şəkk nədir?

22 İyul 2017 23:42

Donald Trampın şəxsi vəkili istefa verdi

22 İyul 2017 23:42

Ən gözəl baldırlı qadın seçildi - FOTO

22 İyul 2017 23:32

İsmayıllıda bələdiyyəyə məxsus ərazidə yanğı

22 İyul 2017 23:28

İran “Sayad-3” raketlərinin istehsalına başladı

22 İyul 2017 23:24

Nəfslə mübarizənin əhəmiyyəti

22 İyul 2017 23:22

“Şerif” Bakıya xal itkisi ilə gəlir

22 İyul 2017 23:22

Sərnişin avtobusunda dəhşət -

22 İyul 2017 23:19

Göbələk zəhərlənmələri və müalicəsi

22 İyul 2017 23:17

Məşhurların sellülitli halları - FOTO

22 İyul 2017 23:17

Röya konsert verəcək

22 İyul 2017 23:12

Yayın ən dəbli çantaları - FOTO

22 İyul 2017 23:12

Antibiotiklərin orqanizmdə rolu

22 İyul 2017 23:12

Alişan əsəbiləşdi: "İstədiyi kimi öpüşər, sevişər..."

22 İyul 2017 23:12

Gənc model erotik sessiyaya çəkildi - FOTO

22 İyul 2017 23:05

İsmayıllıda “Belarus” yanıb

22 İyul 2017 23:05

Xəzərdə batan xilas edilib

22 İyul 2017 23:05

İranda güclü yanğın -

22 İyul 2017 22:51

Taliblər 70 dinc sakini girov götürdü

22 İyul 2017 22:49

Diet saxlamaq istəyənlərə 10 detoks çayı

22 İyul 2017 22:47

Qocalmaq istəmirsinizsə AYAQLARINIZA GÜC VERİN

22 İyul 2017 22:42

Nahar vaxtı oxunan dualar haqqında

22 İyul 2017 22:42

Atıcılıq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi - FOTO

22 İyul 2017 22:38

Bodrum sahillərində daha iki zəlzələ olub

22 İyul 2017 22:37

Məşhur futbolçunun sabiq məşuqəsi: "O, məni yenidən sevir" - FOTO

22 İyul 2017 22:32

İranda azərbaycanlı hüquq müdafiəçisi həbs edilib

22 İyul 2017 22:27

İnsan üzlü keçi dünyaya gəldi

22 İyul 2017 22:24

Ölümə fəlsəfi baxış

22 İyul 2017 22:22