Azərbaycanlı məşhurlar qırmızı xalıya buraxılmaya bilərlər

Azərbaycanlı məşhurlar qırmızı xalıya buraxılmaya bilərlər
17:37 18 Oktyabr 2016
49 Şou
Ölkə mətbuatı
A- A+

4-cü Beynəlxalq "Number One" mükafatlandırma mərasimi bu il 30 noyabr Kempinski Badamdar Oteldə keçiriləcək.

"Number One" artıq dünyanın 8 ölkəsində sənət dünyası tərəfindən qəbul olunub həyata keçirilir. Bu barədə mətbuata layihənin Azərbaycan üzrə rəhbəri, teleaparıcı Tural Ozan məlumat verib. O bildirilib ki, bu il keçirilən mərasim həm Azərbaycan, həm də ingilis dilində keçiriləcək:

"Ən çox danışılan isə hər il layihədən əvvəl keçirilən qırmızı xalı mərasimidir... Xalı üzərində mükafat alacaq məhşur şəxslər fotoqraf və kameramanlar önündə dəb nümayişi etdirəcəklər. Tədbirə dəvət olunacaq şəxlərdən xüsusi "Qızmızı Xalı" "Dress Cod"una əməl etmələri xahiş olunur. Əks halda tanınmış şəxslər "dress control" tərəfindən mükafatlandırılmaya buraxılmayacaq. Mərasimi işıqlandırmaq üçün bütün telekanallar və kütləvi informasiya vasitələrinə bərabər şərait yaradlacaq."

Qeyd edək ki, bu ilki mərasimdə aparıcı qismində Tural Ozanla yanaşı teleaparıcı Aysel Nazimdə yer alacaq. Layihənin icraçı produseri Azad Mirzədir.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/480788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR