Ərindən boşanan Tuba Büyüküstün hönkür-hönkür ağladı - FOTOLAR

Ərindən boşanan Tuba Büyüküstün hönkür-hönkür ağladı - FOTOLAR
17:48 18 Oktyabr 2016
365 Şou
Ölkə mətbuatı
A- A+

Tuba Büyüküstün Kıvanç Tatlıtuğ ilə baş rollarını oynadığı "Cəsur və Gözəl"in çəkilişlərində göz yaşlarına boğulub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kanal D”-də yayımlanan “Rəngli səhifələr” proqramında Tuba Büyüküstünün çəkiliş meydançasında stressə girdiyi iddia olunub. Deyilənlərə görə, aktrisa həyat yoldaşı Onur Saylak ilə telefonla danışdıqdan sonra ağlamağa başlayıb və xüsusi olaraq onun üçün ayrılan karavana girərək qapını bağlayıb.

Tuba Büyüküstünün təxminən bir saat orada təkbaşına ağladığını öyrənən tərəf müqabili KıvançTatlıtuğ və xanımı Başak Dizer gözəl aktrisanı sakitləşdirməyə çalışıb.

Xatırladaq ki, 2011-ci ildə evlənən cütlüyün əkiz qızları var. Tuba Büyüküstünün bu yaxınlarda sosial şəbəkədə paylaşdığı fotolarda nişan üzüyünün olmaması diqqətdən yayınmayıb.

Aytən








Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/172639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR