Monteneqro prezidenti: "Azərbaycan dünyada sabitlik amilinə çevrilib"

Monteneqro prezidenti: "Azərbaycan dünyada sabitlik amilinə çevrilib"
18:07 18 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 
"Report"un məlumatına görə, təbrikdə deyilir: 
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Xalqınızın tərəqqisi naminə Azərbaycana davamlı inkişaf arzu edirəm.
Həqiqətən də tarixi baxımdan qısa bir müddətdə - 25 il ərzində Azərbaycan bütün sahələrdə, o cümlədən iqtisadiyyatın inkişafı, sosial sabitlik və vətəndaşlarının rifahının yüksəldilməsi sahələrində heyrətamiz nəticələr əldə edib. Eyni zamanda, ölkənizin qlobal nüfuzu çox yüksək səviyyəyə qalxıb, Azərbaycan dünyada sabitlik amilinə çevrilib, azadlıq və sülh yolundan irəliləyən dövlətlər arasında böyük nüfuza malikdir.
Hörmətli cənab Prezident, şübhəsizdir ki, bu müsbət nəticələri ötən illər ərzində şəxsən Sizin həyata keçirdiyiniz siyasət sayəsində əldə etmək mümkün olub.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında əməkdaşlığın hər bir sahədə yüksək səviyyədə olduğunu vurğulamaq istərdim. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq növbəti illərdə də inkişaf edəcək.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-dunyada-sabitlik-amiline-cevrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR