Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kürdə suyun səviyyəsi qalxıb, sel təhlükəsi yaranıb - FOTO

Kürdə suyun səviyyəsi qalxıb, sel təhlükəsi yaranıb - FOTO

Date: 18 October 2016 18:22

Kür çayının Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində səviyyəsi artıb. 

Milli.Az report-a istinadən bildirir ki, bu gün çayın Salyan rayonunun ərazisindən keçən hissəsində səviyyəsi 35 santimetr, Neftçalada rayonunun ərazisindən keçən hissəsində  isə 10 santimetr qalxıb.

Neftçala Rayon İxtisaslaşdırılmış Mənsəb Hidrometerologiya Müəssisəsindən verilən məlumata görə, bir həftədə ərzində Kür cayının səviyyəsi Salyanda 64 santimetr, Neftçalada isə 38 santimetr qalxıb. Bu səbəbdən də həmin rayonlarda sel təhlükəsi yaranıb.
Qeyd edək ki,  hər iki rayonda qabaqlayıcı tədbirlər görülür. Bəzi təhlükəli ərazilərdə bəndvurma işləri aparılır.

Milli.Az






Tags:  Kürdə suyun səviyyəsi qalxıb sel təhlükəsi yaranıb FOTO

RƏYLƏR


Top news