BASF-ın kimya zavodundakı partlayışda 2 nəfər ölüb, 25-i yaralanıb

BASF-ın kimya zavodundakı partlayışda 2 nəfər ölüb, 25-i yaralanıb
18:27 18 Oktyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Ötən gün axşam BASF-ın kimya zavodunun boru kəmərində baş verən partlayış nəticəsində müəssisənin iki yanğınsöndürən əməkdaşı ölüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 25 nəfər isə yaralanıb, onlardan 8 nəfərinin vəziyyəti ağırdır.
Ağır yaralılardan 6 nəfər xüsusi intensiv müalicə alır. Bir nəfər barədə isə məlumat yoxdur. Onun cəsədinin müəssisənin limanının dərinliklərində olduğu ehtimal edilir.
BASF-ın məlumatına görə, etilen və propilen yanıb. Gecə saatlarında yanğının söndürülməsinə nail olunsa da, ərazidə temperaturun aşağı salınmasına çox vaxt tələb olunub. Əraziyə giriş hələ də qadağandır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/basf-in-kimya-zavodundaki-partlayisda-2-nefer-olub-25-i-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR