Qusarın mərkəzi bazarındakı yanğın söndürüldü (YENİLƏNİB)

Qusarın mərkəzi bazarındakı yanğın söndürüldü (YENİLƏNİB)
18:38 18 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar rayonunun mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qusar rayon Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

***

Qusar rayonunun mərkəzi bazarında baş vermiş yanğın davam edir.

Bu barədə Qusar rayon Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Məlumata əsasən, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əvvəlcə 3, daha sonra 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Hadisə nəticəsində bazarın 200 kv.m-lik sahəsi yanıb.

İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Hazırda yanğının yayılmasının qarşısı alınsa da, tam söndürülməyib. Belə ki, bazarın qarşısındakı bir neçə mağazada yanğın davam edir.

Yanğının bazarın paltar satılan mağazalarından birindən başladığı bildirilir. (Trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR