İkinci Dünya müharibəsinin görünməmiş üzü FOTOLARDA

İkinci Dünya müharibəsinin görünməmiş üzü FOTOLARDA
18:48 18 Oktyabr 2016
162 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qan, gözyaşı, saysız-hesabsız insan ölümü...

Publika.az tarixin şahidlik etdiyi ən ölümcül savaş hesab olunan İkinci Dünya Müharibəsində çəkilmiş qorxu saçan fotoşəkilləri təqdim edir:

1. Pörl Harbor hücumunda top atışından sonra dəlik-deşik edilmiş bir maşın və sürücüsü.

2. Misir çölündəki yaralı alman hərbçisi və onun yanında yardım gözləyən növbətçi əsgər.

3. Nasistlər tərəfindən tamamilə dağıdılmış bir ərazi. Burada təxminən 300 min yəhudi həyatını itirib.

4. 27 dekabr 1944-cü il. Bir qrup gənc pulemyotun necə çalışması ilə bağlı təhsil alarkən.

5. 3 mart 1939-cu il. Analar zəhərli qaz hücumlarından qorunmaq üçün xüsusi olaraq hazırlanmış maskaları sınayarkən.

6. 1945-ci il, Tokio. Atılan bombadan sonra tamamilə dağıdılmış məhəllə.

7. 1945-ci il, Almaniya. ABŞ tərəfindən ələ keçirilən gəncin reaksiyası.

8. Sentyabr 1939-cu il, Polşa. Kartof yığmaq üçün çıxdığı tarlada pulemyot hücumu nəticəsində həyatını itirən kiçik qız və başının üstündə ağlayan 10 yaşlı bacısı.

9. Alman snayper tərəfindən vurulan ABŞ əsgəri. Ölüm anında belə tüfəngini və bombasını əlindən buraxmır.

10. Aprel 1945-ci il, Almaniya. Bir təyyarə fabrikində tamamlanmamış döyüş təyyarələri.

11. 14 sentyabr 1945-ci il, Buhenvald. Həbs düşərgəsindən azad edilən rus əsirin məhbuslara çox pis davranan gözətçini ifşa etmə anı.

12. Konnektikut, ABŞ. Hücumlarda istifadə edilən silahları tədqiq edən bir qadın Avropada döyüşən ərinin fotoşəkilinin yanında.

13. Auşvitz həbs düşərgəsindəki bir qaz otağının divarı.

14. Yanvar 1943-cü il, Stalinqrad. Qar topaları içində damda sipər almış rus əsgərləri.

15. 1945-ci il, Saarbrüken. Ehtimala görə, bu fotoda alman hərbçisi ölmüş bir ABŞ əsgərinin konservini yeyir.

16. İyun 1944-cü il, Normandiya. Müharibə bölgəsini təpədən izləyən iki kiçik uşaq.

17. 1941-ci il, Amsterdam. Ana Frankın son fotoşəkili.

18. 1942-ci il. Almanların işğal etdiyi Rusiya ərazisində yerləşən bir düşərgəyə göndərilmiş yetim uşaq.

Dəmirova Fəxrəndə


Xəbərin orijinal ünvanı: http://publika.az/news/foto/172631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR