Azərbaycanda kənd təsərrüfatı istehsalı 2,4% artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı 2,4% artıb
18:52 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 341,3 min ton, yaxud əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 3% çox diri çəkidə ət, 1505,6 min ton (2,5% çox) süd, 1214,0 milyon ədəd (4,9% çox) yumurta, 16,8 min ton (1,5% çox) yun istehsal olunub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4%, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,8%, heyvandarlıq məhsulları istehsalı isə 3,1% artıb.
Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Oktyabrın 1-nə kimi payızlıq, yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 961,6 min haktar əkin sahəsinin 959,6 min hektarı biçilib, həmin sahələrdən 2836,3 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilən məhsul 29,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanan 29,6 min hektar dən üçün qarğıdalı sahəsindən 174,5 min ton məhsul götürülüb.
Məhsul yığımı başlanandan oktyabr ayının 1-dək sahələrdən 870,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,6 min ton çox kartof, 1150,3 min ton (22,4 min ton az) tərəvəz, 461,4 min ton (20,1 min ton az) bostan məhsulları, 538,8 min ton (5,4 min ton çox) meyvə və giləmeyvə, 98,7 min ton (13,0 min ton az) üzüm, 891,9 ton (335,4 ton çox) yaşıl çay yarpağı, 59,1 min ton (18,3 min ton çox) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3095 ton (275 ton çox) tütün yarpağı yığılıb. 
Oktyabr ayının 3-nə sahələrdən 12,1 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib. Oktyabrın 1-i vəziyyətinə təsərrüfatlarda 2720,8 min baş iri buynuzlu mal-qara və 8740,7 min baş qoyun və keçi mövcud olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 0,6% artıb, qoyun və keçilərin sayı isə eyni səviyyədə qalıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycanda-kend-teserrufati-istehsali-2-4-artib-ask

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR