Tbilisidə Özbəkistan tarixçisinin “Карабах война идей” kitabının təqdimatı olub

Tbilisidə Özbəkistan tarixçisinin “Карабах война идей” kitabının təqdimatı olub
18:57 18 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 18 oktyabr. REPORT. AZ/ Tbilisidəki Suxişvili Texniki Universitetində özbək təhqiqatçısı Şuxrat Salamovun “Карабах: война идей” (“Qarabağ: ideyaların müharibəsi”) kitabının təqdimatı olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, mərasimdə tarixçi alimlər, universitetin müəllim və tələbələri iştirak ediblər.
Universitetin prorektoru Ekaterina Suxişvili bildirib ki, özbək tədqiqatçısının kitabının Gürcüstanda təqdimatının keçirilməsi tarixi hadisədir: "Bu kitab müharibələrin baş vermə səbəblərini öyrənməkdə tələbələr üçün yaxşı vasitə olacaq".
Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti, tarixçi alim Quram Marxuliya çıxış edərək deyib ki, son illər tarixçi alimlər münaqişələrin səbəbləri və acı nəticələri barədə müxtəlif elmi əsərlər, məqalələr və kitablar yazırlar. Ş.Salamovun bu tədqiqat əsəri müharibələrin baş vermə səbəblərini, müharibə ideologiyasının mahiyyətini açıqlayır. Kitabda təkcə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, ermənilərin zaman-zaman bu münaqişəyə necə hazırlaşdıqları, müharibə ideyasının necə təbliğ etdikləri barədə məlumatlar əksini tapıb.
O, kitabın həm dərslik, həm də tədqiqatçılar üçün zəngin məlumat mənbəyi olduğunu vurğulayıb.
Sonra kitabın müəllifi Ş.Salamov çıxış edərək deyib: “Erməni millətçiləri zaman-zaman Azərbaycan torpaqlarında, Gürcüstanda, Özbəkistanda müxtəlif cinayətlər, qırğınlar, terror aktları törədib, soyqırımları həyata keçiriblər. Lakin ermənilərin bu vəhşiliklərinə bu günədək dünya ictimaiyyəti tərəfindən layiqli qiymət verilməyib və cinayətkarlar layiq olduqları cəzalarını almayıblar. Bu kitabda erməni daşnaklarının öz havadarlarının köməyi ilə necə ideyalar irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb".
Bildirib ki, ermənilər Urartu dövlətinin də onlara məxsus olduğunu iddia edirlər: "Amma tarixçilər sübut ediblər ki, heç o dövlətin ərazisində erməni olmayıb. Ermənilərin bu ideyası, tarixi saxtakarlıqları yeni-yeni münaqişələrə yol açır. Məqsədimiz həmin ideyaların səhv olduğunu, erməni millətçilərinin müharibə ideologiyasının bəşəriyyət üçün təhlükəli olduğunu elm ictimaiyyətinə çatdırmaqdır".
"Bu gün müharibə ideologiyası ilə yanaşı, sülh, mədəniyyətlərarası dialoq ideologiyası da var. Azərbaycan bu gün multikulturalizm ideologiyasını təbliğ edir, özünün sülhsevərliyini nümayiş etdirir. Biz bilirik ki, Azərbaycan ordusu qısa bir zamanda müharibə yolu ilə nəinki öz torpaqlarını işğaldan azad edər, hətta Yerevanı da ala bilər. Amma azərbaycanlılar uşaqları, dinc əhalini öldürməzlər. Mədəniyyətlərarası dialoqa, multikultural dəyərlərə üstünlük verən Azərbaycan sülhsevərliyi ilə dünyada tanınır", - deyə tədqiqatçı qeyd edib.
Mərasimdə müəllim və tələbələrin Qarabağ münaqişəsinin tarixi, səbəb və nəticələri, millətçilik, terror və digər cinayətlər barədə sualları cavablandırılıb.
Ş.Salamov Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar təbrik edərək deyib: “Bu kitab vasitəsilə biz gürcü tələbələrə təkcə müharibə ideyasının yaranması və müharibələrə necə yol açması barədə deyil, həm də Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdik. Düşünürəm ki, tələbələr kitabı oxuduqca erməni millətçilərinin gürcü və Azərbaycan xalqlarına qarşı törətdikləri cinayətlər barədə dəqiq məlumatlar əldə edəcəklər”.
Quram Marxuliya isə jurnalistlərə bildirib ki, bu gün Gürcüstanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə yetərincə məlumat verilir. Xeyli kitablar çap olunub. Bu gün təqdim olunan kitab təkcə müharibələr deyil, müharibə ideyasının yaranması səbəbləri və müharibə ideologiyası barədə məlumatlarla zəngindir. Düşünürəm ki, bu kitab tələbələrin və geniş ictimaiyyətin məlumatlanmasında mühüm vasitə olacaq”.





Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/tbiliside-ozbekistan-tarixcisinin-karabah-vojna-idej-kitabinin-teqdimati-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR