Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
19:05 18 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir (27 May 2017 13:27)
Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir (26 May 2017 20:36)
Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir (26 May 2017 12:32)

Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə 18 oktyabr - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Xalqınızın tərəqqisi naminə Azərbaycana davamlı inkişaf arzu edirəm.

Həqiqətən də tarixi baxımdan qısa bir müddətdə - 25 il ərzində Azərbaycan bütün sahələrdə, o cümlədən iqtisadiyyatın inkişafı, sosial sabitlik və vətəndaşlarının rifahının yüksəldilməsi sahələrində heyrətamiz nəticələr əldə edib. Eyni zamanda, ölkənizin qlobal nüfuzu çox yüksək səviyyəyə qalxıb, Azərbaycan dünyada sabitlik amilinə çevrilib, azadlıq və sülh yolundan irəliləyən dövlətlər arasında böyük nüfuza malikdir.

Hörmətli cənab Prezident, şübhəsizdir ki, bu müsbət nəticələri ötən illər ərzində şəxsən Sizin həyata keçirdiyiniz siyasət sayəsində əldə etmək mümkün olub.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında əməkdaşlığın hər bir sahədə yüksək səviyyədə olduğunu vurğulamaq istərdim. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq növbəti illərdə də inkişaf edəcək.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdan:

"Möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu əlamətdar gün Azərbaycan xalqının həyatına böyük tarixi hadisə kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik strategiya, həmçinin müasir mərhələdə Sizin ardıcıl, tarazlaşdırılmış və quruculuq siyasətiniz sayəsində Azərbaycan Respublikası regionun lider dövlətinə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində özünün layiqli yerini tutub. Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri kimi cəmi 25 ildə irimiqyaslı beynəlxalq neft, qaz və nəqliyyat layihələri həyata keçirib, böyük nailiyyətlər və tərəqqi əldə edib. Xarici arenada müstəqil siyasət yürüdən Azərbaycan daim sübut edir ki, başqa dövlətlər və təşkilatlarla necə işləməyi və əməkdaşlıq etməyi dünyada heç bir ölkə və heç bir iri beynəlxalq təşkilat ona diktə edə bilməz.

Bu gün istər millətlərarası, istərsə də dinlərarası münaqişələrin alovlandığı təlatümlü dünyamızda Azərbaycan bütün konfessiyaların dinc yanaşı yaşadığı sabitlik və əmin-amanlıq adasıdır. Bütün dünya aydın şəkildə görür ki, Azərbaycan bu ölkənin cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür. Bu dövlətin millətçiliyə, şovinizmə, faşizmə və terrorizmə alternativ olan öz multikulturalizm modeli var. Hətta ərazisinin 20 faizinin qonşu separatçı Ermənistan tərəfindən işğalı da həqiqi sivilizasiyalararası dialoq nümunəsi olmaqda, bütün xalqların və konfessiyaların nümayəndələrinin dinc yaşadığı məkan kimi qalmaqda Azərbaycana və onun mehriban xalqına mane ola bilməyib. Azərbaycan multikulturalizmi bütün dünyada öyrənilməli və yayılmalıdır.

Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, İsrail Dövləti Azərbaycanda yaşayan bütün icmalara, eləcə də yəhudi icmasına Sizin və xalqınızın diqqət və səmimi münasibətini yüksək qiymətləndirir. Belə münasibətin dünyada presedenti yoxdur. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiq olduğunuz, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətlə yanaşdığınız üçün İsrail cəmiyyətinin böyük hissəsinin, eləcə də dünyanın başqa dövlətlərindəki yəhudi icmasının dərin hörmətini qazanmısınız.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah, fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

X X X

MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyevdən:

"Möhtərəm İlham Heydər oğlu. Milli bayramınız - Dövlət Müstəqilliyi Günü münasibətilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından təbriklərimizi qəbul edin.

Müstəqillik illərində Azərbaycan Respublikası siyasi, sosial-iqtisadi və mədəni inkişaf sahələrində böyük uğurlar qazanıb, regional və ümumdünya gündəliyində duran məsələlərin həllində onun rolu əhəmiyyətli dərəcədə artıb.

Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, rifah və firavanlıq arzu edirik".

X X X

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:

"Çox hörmətli İlham Heydər oğlu. Milli bayramınız - Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizə cansağlığı, xoşbəxtlik, respublikanızın bu günü və gələcəyi naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".

X X X

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovdan:

"Hörmətli İlham Heydər oğlu. Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını təbrik edirəm.

Azərbaycan ötən 25 ildə böyük inkişaf yolu keçib, iqtisadi, sosial və mədəni sahələrdə heyrətamiz uğurlar əldə edib.

Dağıstan ilə Azərbaycanı qədim dostluq və mehriban qonşuluq telləri bağlayır. Biz Azərbaycan rəhbərliyinin Dağıstan ilə tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirməyə, qarşılıqlı faydalı layihələr həyata keçirməyə çalışmasını yüksək qiymətləndirir və buna Dağıstana xüsusi rəğbətin əlaməti kimi baxırıq.

Əminəm ki, Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi istiqamətində yeni imkanların aşkara çıxarılması üçün mövcud potensialı birgə səylərimizlə reallaşdıra biləcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına quruculuq fəaliyyətinizdə uğurlar, sülh və firavanlıq arzu edirəm".

X X X

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Müstəqillik Gününün 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qırğızıstanda qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə və inkişaf etdirilməsinə böyük önəm verir.

Əminəm ki, Qırğızıstan-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə səylərimizlə daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və rifah, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".

X X X

Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovskidən:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının deputatları adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycan Respublikası Rusiya Federasiyasının ən mühüm tərəfdaşlarından biri, rusiyalılarla birgə tarix, ümumi iqtisadi, mənəvi və sosiomədəni köklərlə bağlı olan dövlətdir. Dövlətlərimiz arasında çoxəsrlik ənənələri olan dostluq və tərəfdaşlıq münasibətləri təşəkkül tapıb. Azərbaycan xalqının birliyinin möhkəmlənməsində tarix, mədəniyyət və vətənpərvərlik hissləri xüsusi əhəmiyyət daşıyır və bunlar ölkənin uğurlu və sabit inkişafının rəhnidir. Bakıdakı görüşlərimiz barədə ən xoş xatirələrimi indiyə qədər qoruyub saxlayıram.

Sizə və Azərbaycan xalqına cansağlığı, daha böyük inkişaf və firavanlıq arzu edirəm".

X X X

"Russneft" Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri Mixail Qutseriyevdən:

"Hörmətli İlham Heydər oğlu. Sizi əlamətdar bayram - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbrik edirəm.

Bu gün Azərbaycanın çoxəsrlik tarixində həqiqətən əlamətdar gündür. Azərbaycan xalqının azadlığa, müstəqilliyə, öz böyük mənəvi, mədəni, intellektual potensialını reallaşdırmağa can atması ənənəsi nəsildən-nəslə ötürülüb. Bu gün bütün dünya Azərbaycanda güclü sosial-iqtisadi dəyişikliklərin, vətəndaşların rifah halının, beynəlxalq aləmdə respublikanın nüfuzunun durmadan artmasının şahididır.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan güclü, inkişaf edən dövlət qurmaq istiqamətində daha möhtəşəm uğurlar qazanacaq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məşhur maneken narkotik çəkib 500 min avroluq maşınla qəza törətdi

30 May 2017 11:54

Sabiq diktator 83 yaşında vəfat etdi

30 May 2017 11:53

Sınaq imtahanında test tapşırıqlarının doğru cavabları AÇIQLANDI

30 May 2017 11:52

Elman Rüstəmov: "İlin sonuna qədər manatın ucuzlaşması risklərini görmürük"

30 May 2017 11:52

Müdafiə Nazirliyi ehtiyat zabit və gizir hazırlığı kurslarına namizədlərin qəbulunu elan edib

30 May 2017 11:52

Günün matçlarını yayımlayacaq kanallar

30 May 2017 11:52

"ASAN Xidmət"in qarşısında uzun növbələr yarandı...

30 May 2017 11:52

"Maşın şou"dan çıxan Elton insanları DAVAYA çağırdı: "Gəlməyən kişi deyil"

30 May 2017 11:49

Elman Rüstəmov: "Cari əməliyyatlar balansında 380 mln. dollarlıq profisit yaranıb"

30 May 2017 11:47

Prezident İlham Əliyev "Statoil"in icraçı vitse-prezidentini qəbul edib

30 May 2017 11:44

"Qəbələ" 8 futbolçu ilə yollarını ayırdı

30 May 2017 11:43

ƏƏSMN 80 əlilliyi olan şəxsi Nabran istirahət zonasına göndərib (FOTO)

30 May 2017 11:43

Zina edən kişini diri-diri basdırdılar - ŞOK HADİSƏ

30 May 2017 11:43

Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentini qəbul edib

30 May 2017 11:42

"Roma" komandasının baş məşqçisi istefa verib

30 May 2017 11:42

Totti qərar verdi: "Karyeramı bitirmirəm"

30 May 2017 11:37

Azərbaycanda qeyri-rəsmi əmək fəaliyyəti araşdırılacaq

30 May 2017 11:36

ABB-nin xarici öhdəliklərinin yenidən strukturlaşdırılması bazar dəyərini yüksəldəcək

30 May 2017 11:36

“Siri” itmiş “iPhone” smartfonunu tapmağa kömək edəcək

30 May 2017 11:35

Dartıla bilən ekranın işi nümayiş etdirilib

30 May 2017 11:35

"Qəbələnd" Əyləncə Mərkəzində “Açıq Qapı” günü

30 May 2017 11:34

Bakıda polis avtomobili qəzaya düşdü

30 May 2017 11:34

Komitə sədri: “Ailə institutunun möhkəmləndirilməsi üçün vahid siyasət həyata keçirilir”

30 May 2017 11:33

Yaraların daha tez sağalma üsulu tapıldı

30 May 2017 11:33

Maşın iftar süfrələrinin arasında qaldı - FOTO

30 May 2017 11:32

Azərbaycanda ayda 150 manat ödəməklə kimlər ev ala bilər?

30 May 2017 11:29

Tatlısəsin qızı küçənin ortasında sevgilisi ilə öpüşdü - VİDEO - FOTO

30 May 2017 11:27

"Ərinin icazəsi ilə məni gecə evə çağırdı, uşağa qaldı" - VİDEO

30 May 2017 11:27

Şimali İrlandiya yığmasının baş məşqçisi: "Azərbaycan millisinə qalib gəlməsək, hazırkı mövqeyimizi qoruya bilməyəcəyik"

30 May 2017 11:27

Formula 1-ə bilet alanlara xüsusi endirimlər ediləcək

30 May 2017 11:22

Ağdaş Rayon İcra Hakimiyyətindən oğurluq olub

30 May 2017 11:22

Moskva Dövlət Universitetinin Bakı filialı bakalavriat səviyyəsinə qəbul elan edir

30 May 2017 11:22

Azərbaycanda gömrük əməkdaşlarının 20%-i məsuliyyətə cəlb edilib

30 May 2017 11:22

Kim Çen ln ABŞ-a daha çox "hədiyyə" göndərmək istəyir

30 May 2017 11:22

Filarmoniyanın iyun ayı üçün tədbirlər planı - CƏDVƏL

30 May 2017 11:22

Bakıda AĞIR QƏZA: polis maşını "Porşe" ilə toqquşdu, polis öldü - GÖRÜNTÜLƏR

30 May 2017 11:19

Elariz şeiri ilə ELZANI GERİDƏ QOYDU: “Həsrət qalmışıq, bəlkə basasan...” - BİABIRÇILIQ

30 May 2017 11:18

Milan Ticarət Palatasının ekspertləri BBF-də Azərbaycan turizminin inkişaf istiqamətlərini müzakirə ediblər

30 May 2017 11:17

"Problemli kreditlərlə bağlı banklarla müzakirələr başlayib"

30 May 2017 11:17

Əməliyyat: Şəhərə giriş-çıxışlar bağlandı

30 May 2017 11:17

Arda Turandan GÖZLƏNİLMƏZ QƏRAR

30 May 2017 11:13

Elariz Elzaya şeir həsr etdi: "Bu nə poza?" - FOTO

30 May 2017 11:12

Qlobal iqtisadiyyatının yavaşlaması Rusiya üçün ən böyük təhlükə olacaq

30 May 2017 11:12

Bakıda 17 yaşlı qız yoxa çıxdı

30 May 2017 11:12

Aylıq 130 manata ev almaq istəyənlər bu xəbəri mütləq oxusunlar - VİDEO

30 May 2017 11:12

Körpə doğuşdan dərhal sonra yeriməyə başladı

30 May 2017 11:10

Zamirin gözləri əbədiyyən kor qala bilər - YARDIM EDƏK!

30 May 2017 11:09

Qaz yüklü tanker partladı: 2 nəfər öldü - VİDEO

30 May 2017 11:08

Zindandan zənginliyə

30 May 2017 11:07

Sərxoş tutulan milyarder idmançı: "İçməmişdim" - FOTO

30 May 2017 11:05