Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyətlər verildi

Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyətlər verildi
19:19 18 Oktyabr 2016
88 Digər
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında yeni fərman verib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, fərmana əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:

 

1. 1.4-cü bənddə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilib.

 

2. 1.5-ci bəndə “Mərkəzi Bankı” sözlərindən sonra “və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri əlavə edilib.

 

3. 2-ci hissənin birinci cümləsində “dövlət orqanının” sözləri “yoxlayıcı orqanın” sözləri ilə əvəz edilib. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR