Seneqal gömrük xidməti üzrə Azərbaycan təcrübəsini öyrənmək istəyir

Seneqal gömrük xidməti üzrə Azərbaycan təcrübəsini öyrənmək istəyir
19:27 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanda səfərdə olan Seneqal Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə Azərbaycan və Seneqal gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Seneqal Baş Gömrük İdarəsinin baş direktoru P.O.Gueye Azərbaycan Gömrük Xidmətinin bu sahədə əldə etdiyi təcrübə ilə maraqlandıqlarını, o cümlədən, azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməkdə və gömrük işinin bütün sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
A.Əliyev deyib ki, Seneqal və Azərbaycan dost ölkələrdir, hər iki ölkə arasında diplomatik münasibətlərlə yanaşı, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr də formalaşmağa başlayıb.
Görüşdə iki ölkənin gömrük əməkdaşlarının potensialının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin təlim üsullarının hazırlanması, birgə seminarların təşkili, kinoloji xidmətlər arasında əməkdaşlığın təşviqi, eləcə də gömrük sahəsində innovasiya layihələrinin idarə edilməsi prinsiplərinin öyrənilməsi üçün əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/seneqal-gomruk-xidmeti-uzre-azerbaycan-tecrubesini-oyrenmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR