Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Küçədən tapdığı pulu polisə verən qadına mükafat verildi

Küçədən tapdığı pulu polisə verən qadına mükafat verildi

Date: 18 October 2016 19:46

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində yaşayan Hənifə Öndər adlı qadın, qızı ilə birlikdə avtobus dayanacağında tapdığı 25 min manatı polis idarəsinə təhvil verilmişdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadının hərəkəti yaşadığı Eyüp rayonunun bələdiyyə sədri Rəmzi Aydın tərəfindən yüksək qiymətləndirilib.

O, Hənifəyə təşəkkür etmək üçün onun evinə ziyarətə gedib. Bələdiyyə sədri qadının hərəkətinin cəmiyyət üçün örnək olduğunu bildirib.

R.Aydın qadına aylıq orta əmək haqqının iki misli qədər pul mükafat veriləcəyini, həmçinin onlara əşya yardımı ediləcəyini də söyləyib.

Qeyd edək ki, 25 min manatın sahibi hələ də tapılmayıb. Pul dövlət xəzinəsinə təhvil veriləcək. Daha sonra sahibi ortaya çıxarsa xəzinədən təhvil ala biləcək.


Tags:  Küçədən tapdığı pulu polisə verən qadına mükafat verildi

RƏYLƏR


Top news