İrəvana Qarabağ mesajı, Türkiyəyə qarşı BÖYÜK OYUN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İrəvana Qarabağ mesajı, Türkiyəyə qarşı BÖYÜK OYUN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 18 Oktyabr 2016
291 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyəyə hücum üçün Soros 500 min dollar ÖDƏDİ: DE-ŞİFRƏ OLAN PLAN (14 Aprel 2017 12:48)
“Qəbələ” də xal itirdi, “Qarabağ” da (19 Mart 2017 21:48)

Azərbaycan Prezidenti İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra məqamlara toxunub. İraqın Mosul şəhərinin İŞİD-dən təmizlənməsi üçün keçirilən əməliyyat ikinci gününə daxil olub. Türkiyə Mosul əməliyyatı ilə bağlı mövqeyini növbəti dəfə bəyan etdi. Rusiya isə Suriyanın Hələb şəhərində hava əməliyyatlarını dayandırıb..

Prezident İlham Əliyev: “Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər”

Dövlət başçısının sözlərinə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür.

İlham Əliyev bildirib ki, Dağlıq Qarabaq əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür.

Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: "Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”.

İlham Əliyevin sözlərinə görə, ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatı Qarabağ münaqişəsinin niyə həll olunmadığını bir daha göstərir.

“Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması diplomatik insidentdir”, - Azərbaycan prezidenti söyləyib.

Azərbaycan Prezidenti Rusiya silahının ən ciddi alıcılarından biri olduğunu bildirib.Onun sözlərinə görə, Rusiya ilə ümumi dəyəri 5 milyard dollar olan sazişlər imzalanıb və onların əksəriyyəti yerinə yetirilib.

Prezident qeyd edib ki, Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə qoşulmaq imkanlarını istisna etmək olmaz. “Biz hələ baxmalıyıq ki, hansı tendensiyalar müşahidə olunacaq. Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora çoxları can atacaq. Yəni, heç nəyi istisna etmək olmaz, lakin hazırkı mərhələni məni bu cür xarakterizə edərdim”.

Azərbaycan Prezidenti Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasında kənardan təxribatın olduğunu qeyd edib: “Bəzi qüvvələr Moskva ilə Ankaranın yaxınlaşmasını narahatlıqla müşahidə ediblər”.

64 ölkə cəbhədə: Dünya Müharibəsi başlandı?

Mosulun İŞİD-dən xilası üçün əməliyyatlar ikinci gününə daxil olub.

Əməliyyatın ilk 24 saatında 20-dən çox kənd və Mosulun cənub-şərqində yerləşən qədim Nimrud şəhəri İŞİD-dən azad olunub. Kürdlərin “Rudaw” kanalı ilkin mərhələdə 200 kvadrat kilometrlik ərazinin peşmərgənin nəzarətinə keçdiyini bildirib. Əməliyyatın ikinci günündə kürd gücləri hücumu dayandırıb. Peşmərgə güclərindən sonra İraq ordusu və xüsusi təyinatlıları da bugünkü əməliyyatı təxirə salıb.

Ekspertlər isə Mosul əməliyyatını dünya müharibəsi ilə müqayisə edirlər.

İraq xüsusi təyinatlıları, peşmərgə gücləri və ABŞ-ın rəhbərliyi altında 35 ölkənin qatıldığı əməliyyatda 30 min əsgər iştirak edir. Mosuldakı cəmi 4-5 min arası İŞİD üzvünün məhv edilməsi üçün Avropanın ən böyük təyyarə gəmisi olan “Charles de Gaulle” Cənubi Kipr sahillərinə gələrək lövbər atıb.

Bununla yanaşı, Mosulun 40 kilometr şərqindəki Hazır cəbhəsində yerləşən Zerdek Dağında çoxsaylı amerikalı əsgərlər var. ABŞ əsgərləri Mosula doğru hücuma keçib. Mosul ətrafını ağır toplarla atəşə tutublar. Həmçinin, pilotsuz təyyarələr də Mosulun üzərində uçuşurlar.

Ekspertlər hesab edirlər ki, əslində bu, böyük güclərin gələcəkdə bölgədə başlayacaq mübarizəsinin ilk mərhələsidir.

64 ölkə cəbhədə: Dünya Müharibəsi başlandı? - FOTO

Mosulun xilası üçün əməliyyatlar davam edir. 12 kəndin İŞİD-dən azad olunduğu deyilir. Ekspertlər isə Mosul əməliyyatını dünya müharibəsi ilə müqayisə edirlər.

Rusiya isə ABŞ-ın riskli planını ifşa edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında deyib ki, İŞİD terror qruplaşmasının döyüşçülərinin İraqın Mosul şəhərindən Suriya ərazisinə keçə biləcəyi ilə bağlı risk mövcuddur.

Onun sözlərinə görə, Moskva İŞİD döyüşçülərinin Mosuldan Suriyaya keçidinin riskləri ilə əlaqədar vəziyyəti qiymətləndirəcək.

“Ən azından bir dəhliz qalıb. İŞİD döyüşçüləri bu dəhlizlə Mosuldan Suriyaya keçə bilər. Bu halda Suriyada İŞİD-in əlavə kontingentləri çıxacaq, Biz, əlbəttə ki, vəziyyəti qiymətləndirəcəyik və həm siyasi, həm də hərbi qərarlar qəbul edəcəyik”, - Lavrov bildirib.

O, ümid etdiyini bildirib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya bu məsələyə diqqət yetirəcək: “Mənim bildiyim qədər, Mosul şəhəri tamamilə mühasirəyə alınmayıb. Bilmirəm, hansı səbəbdən ola bilər, sadəcə bacarmayıblar”.

Qeyd edək ki, eyni narahatlığı bu gün “Milliyyət” nəşrinin yazarı Serpil Çevikcan da ifadə edib. Onun sözlərinə görə, Mosuldan çıxarılacaq İŞİD döyüşçüləri üçün Suriya xətti açıq saxlanılıb.

Lavrov ABŞ-ın riskli planını ifşa etdi

“İŞİD terror qruplaşmasının döyüşçülərinin İraqın Mosul şəhərindən Suriya ərazisinə keçə biləcəyi ilə bağlı risk mövcuddur”.

Rəsmi Bağdadın etirazlarına baxmayaraq, Türkiyə Mosul əməliyyatına qoşulub.

Türkiyənin Baş naziri Binəli Yıldırım deyib ki, əməliyyatda ilk sıralarda Türkiyənin İraqdakı Başika hərbi düşərgəsində hazırladığı yerli döyüşçülər iştirak edirlər: "Hava əməliyyatında İŞİD-lə mübarizə koalisiyasının tərkibində bizim Hərbi Hava Qüvvələrimiz də iştirak edib".

İŞİD bu şəhərlərə hücum edəcək – MİT-dən XƏBƏRDARLIQ

İŞİD terror təşkilatı İstanbul, Qaziantep, Ankara, Antalya və İzmirdə təyyarə qaçırmağa və terror akIarı həyata keçirməyə hazırlaşır. Bu barədə Milli Kəşfiyyat Təşkilatının (MİT) 81 vilayətin təhlükəsizlik güclərinə göndərdiyi xəbərdarlıq məktubunda deyilir.

“Təcili” kodlu və 12 oktyabr tarixli xəbərdarlıq məktubunda İstanbul, Qaziantep, Ankara, Antalya və İzmir vilayətlərində terror təhlükəsinin daha çox olduğu vurğulanıb. Məlumata görə, 2016-cı ilin dekabr ayında açılması planlaşdırılan Avrasiya tuneli də İŞİD-in hədəfləri arasındadır.

Qeyd edilir ki, İŞİD terror aktlarını Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında təşkil etdiyi “Fərat Qalxanı” əməliyyatına cavab olaraq planlaşdırır. Terror təşkilatı bu əməliyatın gedişatında nəzarət etdiyi bir sıra əraziləri itirib.

Yeri gəlmişkən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) yaxın düşüncə quruluşlarından olan Atlantik Şurasının Yaxın Şərq üzrə mütəxəssisi Aaron Steyn də Türkiyəni təhdid edib.

Ekspert “The Atlantic” nəşrində dərc etdirdiyi yazısında Türkiyə ordusu və Azad Suriya Ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatını qiymətləndirib. O, Türkiyə ordusunun İŞİD-lə döyüşünün növbəti mərhələsindəki qarşıdurmaların Türkiyə tərəfində baş verəcəyini bildirib. Aaron Steyn İŞİD-in Türkiyə daxilində hələ də aktiv olduğunu və bu təşkilatın kökünü kəsə biləcək bütün ordu və təhlükəsizlik səlahiyyətlilərinin həbs olunduğunu iddia edib.

Ərdoğan meydan oxudu: “Gələcəyi varsa, görəcəyi də var”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mosul əməliyyatı ilə əlaqədar şiə milislərə meydan oxuyub. Prezident Mosulda 2 milyon sünninin olduğunu deyib.

Ərdoğan meydan oxudu: “Gələcəyi varsa, görəcəyi də var”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mosul əməliyyatı ilə əlaqədar şiə milislərə meydan oxuyub.

Rusiya və Suriya bu gündən Hələbdə hava əməliyyatlarını dayandırır. Rusiyanın müdafiə naziri Sergey Şoyqun sözlərinə görə, aviazərbələrin dayandırılması haqqında qərar “humanitar pauza” üçün qəbul edilib.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiyanın Hələbdə əməliyyatları dayandırması daha əvvəlki razılaşmaları yerinə yetirmək üçün ABŞ-a verilən bir şansdır.

Amerikanın “Valuewalk.com” saytı isə hesab edir ki, Rusiya ən yaxın iki ildə bu ölkələrə hücum edəcək. Amerikalı analitiklər saytda yazır ki, Rusiyanın Belarus və Qazaxıstana hücum təhlükəsi ABŞ-ın yeni prezidenti üçün ən böyük problemlərdən biri ola bilər.

Onların fikrincə, əgər ABŞ buna qarşı durmasa, Rusiya prezidenti Vladimir Putinin iki böyük post-sovet dövlətinə hücumu “soyuq müharibə”dən sonra qurulmuş dünya nizamını qəti şəkildə dağıdacaq. Bildirilir ki, Rusiyanın Belarus üzərində nəzarəti Rusiya Silahlı Qüvvələrini NATO üzvləri olan Polşa və Litva sərhədlərinə gətirib çıxaracaq.

Putin yaxın iki ildə bu ölkələrə hücum edəcək – PROQNOZ

Böyük Britaniya xarici işlər naziri parlamentdə çıxışı zamanı söyləyib ki, Britaniya Rusiya əleyhinə dəlillər toplayır.

Qeyd edək ki, bundan öncə rəsmi London Rusiyanı Suriyada mülki əhaliyə qarşı hərbi cinayətlər törətməkdə ittiham edib. Conson hətta buna görə Britaniya əhalisini Rusiyanın Londondakı səfirliyi qarşısında etiraz aksiyasına da səsləyib.

Putin sabah müharibəyə son qoya biləcəkmi?

Sabah Donbas münaqişəsinin həlli üçün mühüm addım atıla bilər. “Normandiya dördlüyü”nün liderləri oktyabrın 19-da Berlində görüşəcək.

Görüş barədə razılıq Ukrayna prezidenti Pyotr Poroşenkonun fransalı həmkarı Fransua Olland və Almaniya kansleri Angela Merkellə telefon söhbəti zamanı əldə edilib. Görüşdə həmçinin Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək.

Bu formatda son görüş may ayında keçirilib. Tərəflər ATƏT-in xüsusi missiyasının səlahiyyətlərinin genişləndirilməsi məsələsini müzakirə ediblər.

Ömər Dağlı

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (29.04.2017)

29 Aprel 2017 09:47

Ağdaşda 18 yaşlı oğlan dərman içərək intihara cəhd edib

29 Aprel 2017 09:47

Oğul ilə ata eyni qadına aşiq olarsa - AZƏRBAYCAN FİLMİ - VİDEO

29 Aprel 2017 09:47

Ermənilər minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 120 dəfə pozub

29 Aprel 2017 09:47

ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olundu

29 Aprel 2017 09:43

"Yuventus" xal itirdi

29 Aprel 2017 09:42

Azərbaycanda qayınana gəlinini bıçaqladı

29 Aprel 2017 09:42

ABŞ-da uzaq məsafəyə yükdaşıma mədəniyyəti necə formalaşdı? - FOTOLAR

29 Aprel 2017 09:33

Daha bir ölkədə çempion bəlli oldu

29 Aprel 2017 09:32

Çempionun səfər sınağı

29 Aprel 2017 09:27

Marixuana leqallaşdırıldı

29 Aprel 2017 09:18

Deputat: "AŞ PA-nın qərarı Türkiyəyə təzyiq etmək məqsədi güdür"

29 Aprel 2017 09:17

"Real" "Valensiya"nı qəbul edir, Kataloniyada derbi

29 Aprel 2017 09:17

Nobel prospektində yeraltı piyada keçid istifadəyə verilib

29 Aprel 2017 09:12

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

29 Aprel 2017 09:12

Sosial mənzillərə qeydiyyat başlayır: QİYMƏTLƏR, ŞƏRTLƏR, TƏLƏBLƏR

29 Aprel 2017 09:09

Tramp ikinci müddətə prezident seçiləcəyinə əmindir

29 Aprel 2017 09:05

“Lenovo” “Zuk” brendini ləğv edir

29 Aprel 2017 09:05

Azərbaycanlı məmur qızının yeni fotoları yayıldı

29 Aprel 2017 09:05

"Instagram"dan sevindirici xəbər

29 Aprel 2017 09:03

Meksikada marixuana leqallaşdırıldı

29 Aprel 2017 08:57

Galaxy S8+-in ekranının dəyişilməsi neçəyə başa gələcək?

29 Aprel 2017 08:57

Obama 400 min dollar qazandı

29 Aprel 2017 08:57

“Əbu Səyyaf”ın lideri məhv edilib

29 Aprel 2017 08:52

Sergey Brinin gizli və sirli layihəsi

29 Aprel 2017 08:52

"Barselona" və "Real"ın əfsanələri 38 min tamaşaçının qarşısında oyun çıxartdı - VİDEO

29 Aprel 2017 08:48

Qəbələdə və Cəlilabadda yanğın olub

29 Aprel 2017 08:47

“Uber”in uçan taksini nə vaxt təqdim edəcəyi məlum oldu

29 Aprel 2017 08:47

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulacaq

29 Aprel 2017 08:47

Dünya prezidentlərinin aylıq əmək haqqları açıqlandı

29 Aprel 2017 08:42

İlk təhlükəsiz smartfon təqdim edildi

29 Aprel 2017 08:42

Bağdadda partlayış: 6 ölü

29 Aprel 2017 08:37

“Samsung”dan sürücülər üçün yenilik

29 Aprel 2017 08:37

Venesuela rəsmən Amerika Dövlətləri Təşkilatından çıxdı

29 Aprel 2017 08:33

"Skonto" hərraca çıxarılıb

29 Aprel 2017 08:32

"Ağıllı" balış hazırlanıb - VİDEO

29 Aprel 2017 08:32

Şimali Koreya ballistik raketi sınaqdan keçirib

29 Aprel 2017 08:27

“Instagram”da aktiv istifadəçilərin sayı 700 milyonu ötdü

29 Aprel 2017 08:27

Albaniya yeni prezidentini seçib

29 Aprel 2017 08:22

Əlillər üçün yeni qurğu yaradılıb - VİDEO

29 Aprel 2017 08:22

FIFA prezidentinə qarşı araşdırma başlandı

29 Aprel 2017 08:18

Xəzər dənizində zəlzələ olub

29 Aprel 2017 08:17

"Süni intellektə öz xatirələrimizi yükləyə biləcəyik"

29 Aprel 2017 08:17

Salyanda yaşlı kişini maşın vurub

29 Aprel 2017 08:17

“iPhone 8” haqqında video hazırlandı - VİDEO

29 Aprel 2017 08:12

Monteneqro NATO-ya üzv olur

29 Aprel 2017 08:12

Wemogee nitq qüsurlu insanlara kömək edəcək - VİDEO

29 Aprel 2017 08:12

Google Play-dəki virus 2 milyon smratfonu yoluxdurdu

29 Aprel 2017 08:05

Terror təşkilatının liderlərindən biri öldürüldü

29 Aprel 2017 08:05

Cəlilabadda yaşayış evi əşyaları ilə birgə yandı

29 Aprel 2017 08:03