İnstitut direktoru: "Qanında ifeksiya aşkarlanan donorlar anonim şəkildə müayinə olunacaqlar"

İnstitut direktoru: "Qanında ifeksiya aşkarlanan donorlar anonim şəkildə müayinə olunacaqlar"
20:27 18 Oktyabr 2016
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Aşura günü könüllü qan verənlərdən qanında infeksiya aşkarlananlar anonim şəkildə müayinəyə cəlb olunacaqlar".
Bunu "Report"a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, həmin insanların qanında infeksiya aşkarlanması onların qorxulu xəstə olması demək deyil: "Qan verən insanların qanı yoxlandı və onların arasından bəzilərinin qanında antitellər aşkarlandı. Bu da o deməkdir ki, onların qanından hansısa bir insanda istifadə etmək olmaz. Qanvermə aksiyası zamanı donor olanların hər biri haqqında bizdə məlumat var. Qanında infeksiya aşkarlanan şəxslər anonim müayinə üçün çağırılacaqlar. Onlar Hepatit C, B, QİÇS, Sifilis xəstəlikləri ilə bağlı müayinə oluncaqlar".
Z.Əlmirzəyeva bildirib ki, qanında problem aşkarlanan insanlar bundan sonra donor ola bilməzlər.
Qeyd edək ki, Aşura günü saat 9:00-dan 18.00-a kimi keçirilən qanvermə aksiyalarında 4 141 nəfər könüllü olaraq qan verib və nəticədə 1863,3 litr qan tədarük olunub. Qan verənlərdən 231 nəfərinin qanında infeksiya aşkarlanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/qaninda-ifeksiya-askarlanan-donorlar-anonim-sekilde-muayine-olunacaqlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR