Prezidentlər arasında telefon danışığı olub

Prezidentlər arasında telefon danışığı olub
20:28 18 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Publika.az-ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti Azərbaycan Prezidentini Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/172657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR