Belçikada terrorçuluqda şübhəli 15 nəfər tutuldu

Belçikada terrorçuluqda şübhəli 15 nəfər tutuldu
20:34 18 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Belçika polisi terrorçuluqda şübhəli bilinən 15 şəxsi saxlayıb.  

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, əməliyyat Antverpen və Gent şəhərlərində keçirilib. Məlumata görə, əməliyyatlar bu ilin martında Brüsseldə törədilən terror aktları ilə əlaqəli deyil.   

 

Saxlanılanlar terrorçuluğu maliyyələşdirməkdə və gəncləri Suriyadakı silahlı qruplaşmaların cərgələrinə cəlb etməkdə şübhəli bilinirlər.   

 

Axtarışlar zamanı silah və partladıcı qurğular aşkar edilməyib. Saxlanılanlar barədə həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR