Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bu günə qalmayın, meymun olmayın” - Fərda + video

“Bu günə qalmayın, meymun olmayın” - Fərda + video

Date: 18 October 2016 20:36

Ötən il təqdim olunan “Gecə qonağı” filmi yenidən qalmaqala səbəb olub.

Axşam.az musavat.com-a istinadən xəbər verir ki, qalmaqala səbəb filmdəki epizodların birində baş qəhrəman “Camal”a narkotik maddənin təklif olunması və onun istifadəsindən sonra baş verənlərdir.

Həmin epizodun videosu bu günlərdə “Facebook” sosial şəbəkəsində çoxsaylı izləyicilər tərəfindən yenidən paylaşılaraq, tənqid edilib, kəskin şərhlər yazılıb.

Bəziləri həmin video vasitəsi ilə narkotik maddənin reklam edildiyini, gənclərin bu kimi maddələrin istifadəsinə təhrik olunduğunu, onların tərbiyəsinə pis təsir göstərildiyini deyib, digərləri isə filmə görə Mədəniyyət və Turizm Nazirliyini qınayıblar.

Qalmaqal ilə bağlı filmdəki “Camal” obrazını canlandıran aktyor Fərda Xudaverdiyev baş verənlərə bu cür aydınlıq gətirdi:

“Həmin səhifəni idarə edən 15-16 yaşlı uşaqdır. Birincisi ssenarini yazan İlqar Fəhmidir. İkincisi də əvvəldən-axıra ziddiyyət olmasın deyə belə bir blok salınıb, mənim oynadığım obraza... Üçüncüsü də ki, bu, heç də narkotik maddələrin təbliği deyil. Biz orada gənclərə göstərməyə çalışırıq ki, onu çəkib bu günə qalmayın, yəni meymun olmayın. Yəni, narkotik maddədən istifadədən sonra insanın düşdüyü halı real olaraq göstərmişik. Mən ömürboyu ondan çəkməmişəm və heç dadını da bilmirəm (narkotik maddəni nəzərdə tutur). Bir də ki, mən aktyoram, ssenari gəlib, görmüşəm ki, qənaətbəxşdir və çəkilmişəm. İllər sonra arzuladığım ciddi obraz idi”.

Aktyor filmi tənqid edənləri hədələyərək, onları məhkəməyə verəcəyini də qeyd etdi:

“İstənilən bir fraqmentin həm mənfi, həm də müsbət tərəfindən danışmaq olar. Sadəcə, bizim insanlar niyə öz aktyoruna, müğənnisinə qarşı bu qədər aqressivdir, bunu hələ də anlaya bilmirəm. Bir qrup insan var ki, nəinki məni, hər kəsi tənqid atəşinə tuturlar. Bununla nə qazanırlar, nəyə qulluq edirlər, bilmirəm. Biz sadəcə, öz işlərimizi görürük. Hər kəsin öz tərbiyəsi, ailəsi var. Amma, başım açılsın, təhqir yazanların hamısı ilə bir-bir görüşəcəyik, görəcəklər.

Kimisə təhqir etməyə heç kimin ixtiyarı yoxdur. Onların hər biri ilə ayrı-ayrı görüşüb, ifadələrini alacaqlar. Məhkəməyə verəcəyik. Elə bilməsinlər ki, biz onları görmədik, yazdıqlarını oxumadıq. Belə tip adamlar ki, orada onlar bir silləyə bənddirlər ki, bunun üzərindən səhifələrinə adam yığsınlar, özlərini piar etsinlər. Onlar üçün Konstitusiyamızda qanunlar var, həmin qanunlar əsasında onlarla söhbət ediləcək”.


Tags:  günə qalmayın meymun olmayın Fərda video

RƏYLƏR


Top news