Komitə sədri: "Gənclərin milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə meylini daha da gücləndirməliyik"

Komitə sədri: "Gənclərin milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə meylini daha da gücləndirməliyik"
20:57 18 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Milli-mənəvi, islami dəyərlərimizin gənclər tərəfindən öyrənilməsi daha geniş şəkildə həyata keçirilməlidir. Bu işdə onlara imkanlar yaradılmalıdır".
Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri onu narahat edən, düşündürən bu məsələnin həlli üçün qeyd olunan məsələləri əhatə edən çoxlu kitablar çap olunmasının, televiziya verilişlərinin sayının artırılmasının vacibliyini bildirib: "Çoxsaylı kitablar çap olunmalıdır. Mədəniyyət xadimlərimizlə gənclərimizin görüşlərini təşkil eyməliyik. Bu işlər gedir. Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Komitəsi tərəfindən bu istiqamətdə işlər aparılır. Gənclərin milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə meylini daha da gücləndirməliyik. Gənclər də bu işdə təşəbbüskar olmalıdırlar". 

Xəbərin orijinal ünvanı: http://report.az/din/genclerin-milli-menevi-deyerlerimize-medeniyyetimize-meylini-daha-da-guclendirmeliyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR