Siqaret və yüksək xolesterin kor olmaq riskini artırır

Siqaret və yüksək xolesterin kor olmaq riskini artırır
21:22 18 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Ürək, damar və sinir sistemi xəstəliklərindən böyrək xəstəliklərinə, ağız və diş sağlamlığından hipertoniyaya qədər bir çox problemə səbəb olan diabet, gözlərə də zərərlidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, diabetin göz damarlarında qalıcı zərərlərə yol aça bildiyini söyləyən mütəxəssislər bu kimi halların tədbir görülmədiyi təqdirdə görmə itkisi ilə nəticələndiyini deyiblər. Bundan başqa, siqaretin istifadəsi, xolesterini və qanazlığını artırır, bu da korluğa yol açan mühüm risk amillərindəndir.
Diabet xəstəliklərinin erkən mərhələlərində, adətən xəstələrdə hər hansı bir şikayət yoxdur. Görmə mərkəzinə maye sızması nəticəsində, mərkəzi görmədə azalma ola bilər. Əgər qanda şəkər səviyyəsi yüksək olarsa, lazımi müalicələr edilməzsə, diabet xəstəliyi davam edir. Xəstəliyin sonrakı mərhələlərində isə, lazer fotokoaqulyasiya tətbiq olunur.
Diabeti olan hər bir xəstə, ən azından ildə bir dəfə mükəmməl şəkildə göz dibi müayinəsi etdirməlidir. Gözlərinizi qorumaq istəyirsinizsə, siqaretdən uzaq durun və diabet xəstəliklərindən qorunun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR