Norveç səfiri: "Ötən 25 il ərzində Azərbaycanla ikitərəfli əlaqələr bir çox sahələrdə inkişaf edib"

Norveç səfiri: "Ötən 25 il ərzində Azərbaycanla ikitərəfli əlaqələr bir çox sahələrdə inkişaf edib"
21:37 18 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Norveçin Bakıdakı səfiri Bard İvar Svendsen  dövlət müstəqiliyinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.
"Report"un məlumatına görə, səfirliyin facebook səhifəsindən yayımlanan təbrikdə səfir bildirib ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edib və indi 25 ildir azad xalq kimi müstəqilliyini qeyd edə bilir.
"Mən Azərbaycan xalqını və hökumətini təbrik edirəm və bütün işlərdə müvəffəqiyyət, daim çiçəklənmə arzu edirəm" - səfir bildirib.
İkitərəfli əlaqələrə toxunan səfir deyib ki, keçən 25 il ərzində bu əlaqələr bir çox sahələrdə inkişaf edib və bu əməkdaşlıq və dostluq gələcəkdə də davam etdiriləcək.
Xatırladaq ki, Norveç səfiri təbrikini bu dəfə də Azərbaycan dilində səsləndirib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/norvec-sefiri-oten-25-il-erzinde-azerbaycanla-ikiterefli-elaqeler-bir-cox-sahelerde-inkisaf-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR