İstanbulda Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş konfrans keçirilib

İstanbulda Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş konfrans keçirilib
22:27 18 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bugün Türkiyənin İstanbul Aydın Universitetində (İAU) Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş "Azərbaycan Türkiyə münasibətlərində gəncliyin rolu" adlı konfrans keçirilib.
“Report” xəbər verir ki, "İslahatçı Gənclər" İctimai Birliyi və İAU Beynəlxalq Tələbələr Birliyinin birgə təşkilatçılığı baş tutan tədbirdə 100-ə yaxın yerli və xarici tələbə iştirak edib.
Konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanla bağlı tanıtım filmi konfrans iştirakçılarına təqdim edilib.
Konfransı giriş sözü ilə açan "İslahatçı Gənclər" İctimai Birliyi və İstanbul Aydın Universiteti Beynəlxalq Tələbələr Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verib. O, Azərbaycanın 25 ildə keçdiyi böyük inkişaf yolundan söz açaraq, ölkəmizin dünyada artan siyasi və iqtisadi nüfuzundan danışıb. F.Şahbazlı konfrans iştirakçılarına Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında geniş məlumat verib.
Daha sonra çıxış edən İstanbul Aydın Universitetinin Beynəlxalq Əlaqələr Direktoru, professor Zafer Aslan Azərbaycan-Türkiyə münasibətlərinin tarixi ilə bağlı geniş məruzə edib. O, Türkiyənin Azərbaycanın keçdiyi böyük inkişaf yolundan böyük qürur və məmnunluq hissi keçirdiyini vurğulayıb. Professor İstanbul Aydın Universitetinin Azərbaycanla Türkiyə arasında elm və təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni etdiyini bildirib.
İstanbul Aydın Universitetinin Beynəlxalq Əlaqələr Direktorunun müavini Ayşe Deniz Özkan da çıxışında Türkiyə ilə Azərbaycan arasında münasibətlərin olduqda yüksək səviyyədə olduğuna və bu əlaqələrin müxtəlif sahələr üzrə daha da inkişaf etdirilməsinin zəruruliyinə diqqət çəkib. O, bu istiqamətdə gənclərin daima çalışmasına ciddi ehtiyac olduğunu vurğulayıb.
Daha sonra çıxış edən türk və azərbaycanlı tələbələr iki ölkə arasındakı tarixi dostluq, qardaşlıq əlaqələrindən bəhs edərək, hər iki ölkənin bütün platformalarda bir-biri dəstəklədiklərini bildiriblər. Gənclər bu münasibələrin daha da inkişafı üçün daima çalışacaqlarını bəyan ediblər.
Tədbir konfrans iştirakçılarının sualları ətrafında yaranan müzakirələrlə davam edib.





Xəbərin orijinal ünvanı: http://report.az/diaspor/i-stanbulda-azerbaycanin-dovlet-musteqilliyinin-25-ci-ildonumune-hesr-edilmis-konfrans

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR