Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda dəhşətli CİNAYƏT: Ər arvadını döyə-döyə öldürdü

Azərbaycanda dəhşətli CİNAYƏT: Ər arvadını döyə-döyə öldürdü

Date: 18 October 2016 22:28

Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək qətlə yetirilib.

Hüquq-mühafizə orqanından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumatına görə, hadisə rayonun Poçtbinə kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü, Kainat Zeynəddin qızı Çobanovanın üzərində döyülməyə xarakterik xəsarətləri olan meyiti Balakən Rayon Mərkəzi Xəstəxanasının morquna daxil olub. Balakən rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kainat Çobanovanın əri, 1970-ci il təvəllüdlü Zeynal Ramazan oğlu Çobanov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Zeynal Çobanov ifadəsində həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib. Həyata keçirilən tədbirlər nəticəsində Zeynal Çobanov şübhəli şəxs qismində saxlanılıb.

Əlavə edək ki, onların 5 övladı var.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.


Tags:  Azərbaycanda dəhşətli CİNAYƏT Ər arvadını döyə-döyə öldürdü

RƏYLƏR


Top news