Avtomobillərin mühərrikləri sıradan çıxdı - VİDEO

Avtomobillərin mühərrikləri sıradan çıxdı - VİDEO
22:57 18 Oktyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakı küçələrinə yağan yağışdan sonra avtomobillərdə ciddi problemlər yaranıb. Elə bunun nəticəsidir ki, avtomobil təmiri sexlərinə kifayət qədər problemli avtomobillər gətirilib.  Əsas problem isə mühərriklə bağlıdır.

Sürücülər deyir ki, yağış suyunun səviyyəsi hətta avtomobilin ön şüşəsinə qədər çatıb. Məhz buna görə də, saatlarla gölməçənin içində qalan avtomobillərin bir çox detalları da sıradan çıxıb.  

Usta deyir ki, işlədiyi təmir sexinə sırf yağışın yaratdığı problemlərə görə 100-lərlə avtomobil gətirilib. Hətta bəzi avtomobillərin təmiri belə qeyri-mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR