Rusiyanın hərbi gəmiləri İranda

Rusiyanın hərbi gəmiləri İranda
23:09 18 Oktyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Xəzər donanmasının gəmiləri toplanış səfəri çərçivəsində İranın Bəndər-Ənzəli limanına qeyri-rəsmi baş çəkib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənub Hərbi Dairənin mətbuat xidmətindən bildirilib.       

 

Məlumata görə,  Rusiya Xəzər donanmasının “Tatarstan” və “Qrad Sviyajsk” raket gəmiləri Xəzər dənizində toplanış səfərini davam etdirirlər. Heyətlər artıq silahların istifadəsi və şərti düşməninin raket zərbələrindən yayınmaya dair təlimlər keçiriblər.   

 

“Hazırda  Xəzər donanmasının gəmiləri iki ölkənin donanmasının inkişafı və onların əməkdaşlığının möhkəmləndirilməsi çərçivəsində İranın Bəndər-Ənzəli limanına yan alıb”, - deyə məlumatda bildirilir.

 

Rusiyalı dənizçilərin İranın Hərbi-Dəniz Qüvvələri komandanlığının və Bəndər-Ənzəli rəhbərliyinin nümayəndələri ilə görüşəcəyi nəzərdə tutulub. Hərbçilər üçün ekskursiya təşkil olunacaq. Həmçinin rusiyalı və iranlı dənizçilər arasında idman tədbirlərinin keçirilməsi nəzərdə tutulub.  

 

Rusiya Xəzər donanmasının “Tatarstan” və “Qrad Sviyajsk” raket gəmilərinin Xəzər dənizində toplanış səfəri çərçivəsində Qazaxıstanın Aktau limanına səfər etməsi planlaşdırılıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR